10 Dekabr 11:40

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (NAYORA) iş imkanı!

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (NAYORA) iş imkanı!

Vakansiya adı: Baş Katib

Təşkilat haqqında məlumat:

 

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 21 Noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunmuşdur. Əsas missiyamız vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılmasıdır. Öz ətrafında 125 gənclər təşkilatını birləşdirən Milli Şura ölkə gəncləri və təşkilatların yeganə konfederativ sturukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.

ARGTMŞ öz tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının

həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail

olmaqdır.

Milli Şura öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.

NAYORA-nın rəhbər orqanları Konfrans, Məclis, Büro, Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK). İşçi orqanları isə Baş Katib, Katiblik, regional bölmələr, daimi və müvəqqəti komissiyalar, işçi qruplar və mərkəzlərdir.

 

 

Vəzifələr:

 

1. Baş Katib NAYORA-nın icraçısıdır və Məclis tərəfindən qəbul olunmuş proqram və qərarlara nəzarət edir.

2. Baş Katibin funksiyaları:

* NAYORA-nın işçi orqanlarının fəaliyyətini tənzimləyir,

* NAYORA-nın gündəlik fəaliyyətini təşkil edir,

* Üzv təşkilatlarla daimi əlaqəni həyata keçirir,

* Üzv təşkilatlardan gələn təkliflər nəzərə alınmaqla qarşıdan gələn Məclisin gündəliyini hazırlayır.

 

Namizədə tələblər:

 

1. Ali təhsil,

2. İngilis dili biliyi,

3. Gənclərlə iş sahəsində təcrübə,

4. Xarici səfərlər üçün münasib olmalıdır,

5. Ofis texnikası və kompyüter texnologiyalarından istifadə (Microsoft Office),

6. Baş Katibin səlahiyyətlərini icra etdiyi dövrdə yaşı 30-u keçməməlidir,

7. Baş Katib Milli Şuranın Konfransı, Məclisi və Bürosu tərəfindən qəbul olunmuş proqram və qərarların həyata keçirilməsi və NAYORA-nın gündəlik fəaliyyətinin icra olunması üçün məsuliyyətlidir,

8. Baş Katib, Katibliyin formalaşdırılmasına, işin bölgüsünə və idarə edilməsinə məsuliyyət daşıyır.

 

Seçim mərhələsi:

 

1. CV və dəstək məktubunuzu (fəaliyyət göstərdiyiniz təşkilatın rəhbərliyi tərəfindən) [email protected] poçt ünvanına göndərin.

2. Müsahibə turu

3. NAYORA-nın rəhbər orqanı olan Məclis tərəfindən təsdiq.

 

Şərtlər:

 

1. İşə başlama tarixi Yanvar 2019.

2. Müqavilə 2 (iki) il müddətinə imzalanır.

3. Əmək haqqı təcrübə əsasında təyin olunur.

4. İş qrafiki həftənin beş günü saat 09:00-dan 18:00-dək.

 

 

Son müraciət tarixi: 17.12.2018

Bəyən və paylaş

Rəylər

rəy(lər)