Cümə axşamı, 21 Avqust, 2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı ustad dərsləri layihəsinə start verir


  • Dərc edildi: 20 Dekabr, 2021 - 13:37
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı ustad dərsləri layihəsinə start verir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı ustad dərsləri layihəsinə start verir. Layihə çərçivəsində ilk tədbir Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Pantomima Teatrının baş rejissoru Bəxtiyar Xanızadənin iştirakı ilə 10-14 yanvar 2022-ci il tarixlərində baş tutacaqdır. Ustad dərslərinə peşəkarlardan, gənclərdən və tələbələrdən ibarət olan teatrşünaslar, aktyorlar, rejissorlar dəvətlidir. 10-11 yanvar tarixlərində keçiriləcək “Həqiqi hisslərlə yaşamaq azdır” adlı təlimdə yalnız aktyorlar, 13 yanvar tarixində keçiriləcək “Şekspirin Hamleti. Hamlet kimdir?” adlı təlimdə yalnız rejissorlar, 14 yanvar tarixində keçiriləcək “Teatr və mən – mən və teatr” adlı təlimdə isə yalnız teatrşünasların iştirakı nəzərdə tutulmuşdur. Təlimlər Azərbaycan Dövlət Pantomima Teatrında saat 11-00-dan 13-00-dək davam edəcəkdir. Giriş qeydiyyatladır. Qeydiyyatdan keçmək istəyənlər müraciət formasını (https://forms.gle/GfQE5WEdebvfHX6n9) doldurmalıdır. Müraciət üçün son tarix: 5 yanvar 2022-ci il   Əlaqə nömrəsi: 012-493-06-03 Email: [email protected]

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 203
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7131
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...