Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi aşağıdakı vəzifələr üzrə işə qəbul elan edir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi aşağıdakı vəzifələr üzrə işə qəbul elan edir:

 

– KOB Dostu departamentinin Koordinasiya və icmal şöbəsinin kiçik mütəxəssisi;

– İsmayıllı KOB Dostu;

– Hacıqabul KOB Dostu;

– Salyan KOB Dostu;

– Sabirabad KOB Dostu;

– Masallı KOB Dostu.

 

KOB Dostu vəzifəsi üzrə əmək funksiyaları:

 

– fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

– KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

– səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

– təmsil etdiyi regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdıqları problemlərin həllinə operativ dəstək göstərmək;

– Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

– təmsil etdiyi regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq və Agentliyə təqdim etmək;

– sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində sorğu və müşahidələr aparmaq;

– zəruri dövri hesabatların və məlumatların hazırlanmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək;

– fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək;

– qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı müxtəlif tədbirlərdə iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək.

 

KOB Dostu departamentinin Koordinasiya və icmal şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə əmək funksiyaları:

 

– xidməti tapşırıqların icrasını təmin etmək;

– departamentin iş planlarında şöbə üzrə tapşırıqların icrasını həyata keçirmək;

– departamentin işinin əlaqələndirilməsində iştirak etmək;

– səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

– müvafiq tədbir və görüşlərin təşkili prosesində iştirak etmək;

– qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin təşkilində iştirak etmək;

– departamentin fəaliyyəti ilə bağlı zəruri dövri hesabatların və məlumatların qəbul olunması, emalı və təhlilini aparmaq;

– departamentin fəaliyyəti ilə bağlı dövri statistik icmalın hazırlanmasında iştirak etmək;

– fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;

– qanunvericiliyin və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktların tələblərinə riayət etmək;

– departamentin əsasnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

Namizədə dair tələblər: 

– Ali təhsil tələbi: İqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu üzrə bakalavriat səviyyəsi;

– Uyğun sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcək;

– Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı;

– Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

– İqtisadi təhlil, sorğuların keçirilmə metodları barədə məlumatlı olmalı.

 

Şərtlər:  

 

– Tam iş günü, iş qrafiki I-V günlər.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “KOB Dostu (region adı)” və ya “KOB Dostu departamentinin Koordinasiya və icmal şöbəsinin kiçik mütəxəssisi” yazaraq 15.02.2021-ci il tarixinə qədər [email protected] ünvanına göndərmələri xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqdır.

Bir cavab yazın

Back to top button