Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Gənc teatr prodüserləri üçün laboratoriya”ya qəbul elan edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsinə başlayır. Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya Azərbayanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması məqsədini qarşıya qoyur. Qeyd edək ki, laboratoriya Mədəniyyət Nazirliyinin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin davamıdır.

Yarat Müasir İncəsənət Məkanında təşkil ediləcək laboratoriyada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in prodüserlik sahəsi üzrə zəngin təcrübəyə malik pedaqoqları Elena Simurzina, Aleksandra Knyazeva, Elşən Məmmədov müasir teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı bilik və bacarıqlarını bölüşəcəklər. Menecment və prodüserlik sahəsinə maraq göstərən gənclərə laboratoriyada pulsuz iştirak etmək imkanı yaradılır.

Qeyd edək ki, təlimlərə qoşulmaq istəyənlərin çoxluğunu nəzərə alaraq, müraciət müddəti 15 oktyabr tarixinədək uzadılıb, tədbir 24-31 oktyabr tarixlərinə keçirilib.

 

Tədbirdə iştirak etmək istəyənlər qeyd olunan tarixədək (15 oktyabr)müraciət formasınıdolduraraq,[email protected]elektron poçt ünvanına göndərə bilər.

 

 

MÜRACİƏT FORMASI

 































İştirakçının adı və soyadı
Doğum tarixi
Təhsil aldığı müəssisənin adı və ixtisası
İş yeri və vəzifəsi
Təcrübə: hansı layihələrdə iştirak etmisiniz?
Kursa qatılma səbəbiniz və gözləntiləriniz
Telefon/ E-mail ünvanı


E-mail:[email protected]
Əlaqə telefonu:+994707110485

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az