Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “museum.az” internet bələdçisi loqo dizayn müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “museum.az” internet bələdçisi loqo dizayn müsabiqəsi elan edir.

İnsan təxəyyülü və yaradıcılığı sərhəd tanımır. Əgər sən də öz istedadını sınamaq, qalib gəlmək, mükafat qazanmaq istəyirsənsə elan etdiyimiz müsabiqəyə mütləq qoşul.

Saytımızın əsas vəzifəsi Azərbaycanın qədim tarixini, mədəni irsini, müasir bu gününü əks etdirən və geniş auditoriya ilə tanış edən Azərbaycan muzeylərinin təbliğidir.

Müsabiqədə istedadına güvənən hər kəs iştirak edə bilər.

Şərtlər isə çox sadədir:

1. Loqo “museum.az” saytının konseptini özündə əks etdirməlidir.

2. Hazırlanmış işlər ad, soyad, təvəllüd, əlaqə nömrəsi əlavə edilməklə 2021-ci ilin aprel ayının 30-dək [email protected] ünvanına göndərilməlidir.

3. Təqdim olunan layihə yalnız sizə məxsus olmalı, daha əvvəl ictimaiyyətə təqdim edilmiş hər hansı loqotipin element və nişanlarına uyğun gəlməməlidir.

4. Müsabiqəyə təqdim olunan layihə izahedici mətnlə birlikdə olmalıdır.

5. Loqo Azərbaycanda əsrlər boyu nəsillər və tarixi mərhələlər arasında körpü, ən yaxşı bələdçi rolunu oynayan muzeylərin əsas elementlərini, eləcə də müasir toxunuşları əks etdirməlidir.

Müsabiqədə iştirak üçün müəyyən olunmuş tarixlər: 01.04.2021-30.04.2021

Qalib loqonun müəllifi 1000 AZN məbləğində pul mükafatı ilə təltif olunacaq.

Bir cavab yazın

Back to top button