28 Yanvar 20:18

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2019-cu il İnternatura proqramına qəbul üçün müsabiqə elan edir.

İNTERNATURA 2019
Azərbaycan Respublikasının Mərkəzi Bankı 2019-cu il İnternatura proqramına qəbul üçün müsabiqə elan edir.

İnternatura proqramına iş təcrübəsi olmayan, bakalavr pilləsinin sonuncu kurs tələbələri, o cümlədən magistr tələbələr aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər:

İqtisadiyyat;

Kompüter elmləri və informasiya texnologiyaları;

Maliyyə;

Mühasibat uçotu;

Menecment;

Tətbiqi riyaziyyat.

İnternatura proqramı 02 iyul-13 sentyabr 2019-cu ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “Karyera imkanları” bölməsinə daxil olaraq doldura bilərsiniz.

Müraciət et

Son müraciət tarixi 15 fevral 2019-cu ildir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)