7 Fevral 12:06

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2020-ci il İnternatura proqramına qəbul üçün müsabiqə elan edir

İNTERNATURA 2020

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2020-ci il İnternatura proqramına qəbul üçün müsabiqə elan edir.

İnternatura proqramına iş təcrübəsi olmayan, bakalavr pilləsinin sonuncu kurs tələbələri, o cümlədən magistr tələbələr aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər: İqtisadiyyat; Kompyuter elmləri və informasiya texnologiyaları; Maliyyə; Mühasibat uçotu; Menecment; Tətbiqi riyaziyyat.

İnternatura proqramı 01 iyul-11 sentyabr 2020-ci ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “Karyera imkanları – Müraciət et” alt-bölməsinə daxil olaraq doldura bilərsiniz.

Son müraciət tarixi 14 fevral 2020-ci ildir.

TƏLƏBLƏR

Bəyən və paylaş