Azərbaycan Respublikasının Təhsil İnstitutu İnformatika fənni üzrə mütəxəssis vakansiyası elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu İnformatika fənni üzrə mütəxəssis vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində rus və Azərbaycan dillərində hazırlanmış I-IX sinif materiallarını (siniflər üzrə iş dəftərləri, metodiki vəsaitlər, təqdimatlar, videolar) nəzərdən keçirərək onların informatika fənni üzrə məzmun standartlarına uyğunluğunun yoxlanılması və müvafiq düzəlişlərin edilməsi üçün rəyin verilməsi.

Təhsil: Kompüter elmləri, informatika və ya uyğun ixtisaslar üzrə ali təhsil.

Tələblər:

  • Scratch və Python proqramlarını yüksək səviyyədə bilmək;
  • rus dilini yüksək səviyyədə bilmək;
  • ümumi təhsil müəssəsində 5 illik təcrübə;
  • sahəsi üzrə 10 illik təcrübə;
  • komandada işləmək bacarığı;
  • analitik düşüncə və detallara diqqətli olmaq.

Qeyd edilən tələblərə uyğun gələn şəxslərdən CV-lərini  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 30 dekabr 2020-ci il.

Bir cavab yazın

Back to top button