11 Oktyabr 16:48

Azərbaycan Sənaye Bankında IT üzrə vakansiyalar

Proqramçı / Developer

 

Əsas tələblər:

– Ali təhsil;

– Sərbəst analiz problem həll etmə və liderlik qabiliyyəti;

– Proqramlaşdırma dilləri və onların prinsipləri barədə ümumi məlumat;

– .NET texnlogiyaları sahəsində iş təcrübəsi;

– C# , PHP, Java Script proqramlaşdırma dillərində səlis kodlaşdırma bacarığı və iş təcrübəsi;

– MSSQL, MYSQL dillərində biliklər, query proqram bilikləri;

– XML/HTML , web servislərin hazırlanması sahəsində təcrübə;

– Pul köçürmələri sisteminə dəstək;

– Windows Server və servislərin iş rejimi barədə məlumat və idarəetmə təcrübəsi.

 

Vəzifə və öhdəliklər:

– Bankdaxili proqramların idarəsi, yeni tələblərin qarşılanması;

– PHP, C# dilində yazılmış proqramlara dəstək, hesabatların yazılımı;

– Avtomatlaşdırılmış iş yerlərinin iş rejiminin qurulması və təmini;

– Corebanking proqramına proqram dəstəyi və kod analizi;

– Proqram layihələrinin idarə olunması və planlaşdırılması;

– Digər strukturlarla inteqrasiya işlərinin təşkili.

 

Əlavə məlumat:

  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] və ya [email protected] elektron ünvanına göndərə bilərlər;
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Proqramçı”göstərməyiniz xahiş olunur;
  • CV-lər 11.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

Kart Əməliyyatları və Sistem İnkişafı Departamentinin Kart Əməliyyatları Şöbəsinin aparıcı mütəxəssisi

 

 

Əsas tələblər:

 

  • Ali təhsil (iqtisadi və/və ya texniki sahə üzrə);
  • Analitik düşünmə, iş planlama qabiliyyəti;
  • Ödəniş kartları sahəsində min. 3 il təcrübə;
  • Visa və MasterCard ödəmə sistemləri üzrə sertifikatları olanlara üstünlük verilir;
  • Kart əməliyyatları (front office-back office) haqqında biliklərin olması;
  • SOAP UI və ya digər web servis proqramları haqqında biliklərin olması;
  • MS SQL biliyi olanlara üstünlük verilir;
  • MS Office (xüsusi ilə Excel bacarıqları);
  • İngilis və rus dili bilənlərə üstünlük verilir;
  • Stress altında işləmə bacarığı.

 

 

Vəzifə və öhdəliklər:

 

  • Plastik Kartlarla bağlı saxtakarlıq və risk monitorinq sisteminin qurulmasını təşkil etmək və aktiv olaraq iştrak etmək;
  • Plastik kartlarla əlaqədar əməliyyatları və müxabirləşmələri gündəlik yoxlayıb təsdiqlərini aparmaq;
  • Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır və\və ya həmin hesabatların hazırlanmasını təmin edir;
  • Plastik Kart sistemləri üçün həyata keçirilən inkşaf layihələrində aktiv olaraq iştrak etmək;
  • Kredit kartlara gələn reject əməliyyatlara nəzarət edərək əməliyyatların kartlarda əks olunması üçün Prosesinq Mərkəzi ilə əlaqə qurmaq;
  • Bank ödəmə sistemi proseslərinin (Visa, Master, Milli Kart və BKM) ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra etmək və uyğunsuzluq müəyyən edildiyi təqdirdə aradan qaldırmaq;
  • Bank ödəmə sistemi proseslərinin (Visa, Master, Milli Kart və BKM) üzrə müxabirləşmələri, kart proqramı və əsas bank proqramında icra etmək;
  • Ödəmə sistemi prosesləri (Visa, Master, Milli Kart və BKM) ilə əlaqədar Beynəlxalq təlimlər haqqında məlumatı toplamaq və rəhbərliyə məlumat vermək və təlim təqviminə nəzarət etmək;
  • İnternet və Mobil bankçılıq üçün yeni müştəri açılışı və şifrə sıfırlama proseslərinə nəzarət etmək;
  • İnternet və Mobil Bankçılıq proseslərinin tarif və qaydalara uyğun olaraq işləməsini təmin etmək;
  • Kart proqramında icra edilən mühasibatlıq düzəlişləri əməliyyatları üçün bank proqramında lazimi müxabirləşməni icra etmək və yoxlamaq;
  • Visa və MasterCardın portallarını təqib etmək, çıxan yenilikləri tətbiq etmək;
  • Kart proqramında mühasibatlıq düzəlişlərini icra etmək;
  • POS müştərisi tələbi əsasında geri qaytarma və ləğv etmə əməliyyatlarını icra etmək;
  • Filiallardan gələn tələblər əsasında plastik kartları sistemdə yaratmaq.

 

 

Əlavə məlumat:

  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] və ya [email protected] elektron ünvanına göndərə bilərlər;
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart Əməliyyatları Şöbəsinin aparıcı mütəxəssisi” göstərməyiniz xahiş olunur;
  • CV-lər 11.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

İT Sistem Administratoru

 

 

Tələblər:

 

– Ali təhsil;

– Dərin analitik qabiliyyət, ünsiyyət və sərbəst problem həll etmə bacarığı;

– Windows servislərinin qurulmasında və idarə edilməsində dərin biliklər və təcrübə;

– Web applicationların qurulması (İİS) və idarəedilməsi sahəsində təcrübə;

– Kod analizi, web configlərin yazılması, HTML/XML dillərində biliklər;

– Windows PowerShell-də işləmək bacarığı;

– VMware, vCenter mühitlərinin qurulması və idarə edilməsi;

– Windows AD/Exchange serverlə iş təcrübəsi;

– Cisco ESA haqqında biliklər.

 

 

İş haqqında məlumat:

 

– İntervision/Corebanking infrastrukturunun idarə edilməsi;

– İntervision Serverler, database serverin iş prinsipinə nəzarət və yenilənmələri;

– Serverlər üzərində işləyən servislərin işinin təmini;

– IIS web configlərin idarə edilməsi;

– Windows server əməliyyat sitemlərində dəstək;

– AD/Exchange server inzibatçılığı;

– VMwar, VCenter mühitlərinin qurulması və idarə edilməsi;

– Arxivləmə işinin təşkili;

– Avadanlıqların əməliyyat sistemlərinə nəzarət.

 

 

Əlavə məlumat:

 

  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] və ya [email protected] elektron ünvanına göndərə bilərlər.
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Sistem administratorugöstərməyiniz xahiş olunur;
  • CV-lər 11.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

IT Database Administrator

 

Əsas tələblər:

  • Liderlik qabilyyəti, ünsiyyət və komandada işləmək bacarıqları;
  • Minumum 3 il Database inzibatçısı üzrə iş təcrübəsi;
  • Ali təhsil (texniki sahə üzrə);
  • Azərbaycan və ingilis dili bilikləri;
  • Database miqrasiyası, ehtiyat mərkəzinin qurulması layihələrində iş təcrübəsi (HA, DR bacarıqları);
  • Microsoft serverlərlə lisenziyalaşma barədə geniş məlumat;
  • SQL,  MSSQL, MYSQL sistemlərində peşəkar biliklər və sertifikatlar;
  • T-SQL, PL-SQL üzrə biliklər;
  • OracleDB  barədə təcrübə və məlumat;
  • DB development, optimizasiya və problem həll etmə bacarığı.

 

Arzuolunan:

  • Programlaşdırma dillərində peşəkarlıq (C sharp, C, Python);
  • Apache və İİS, web application sahələrində təcrübə;
  • Şəbəkənin əsasları.

Vəzifə və öhdəliklər:

  • Məlumat bazalarının işinin təşkilini, dəyişikliklərini və dayanıqlığını təmin edilməsi;
  • Arxivləşdirilmənin və bazaya xidmətin  avtomatlaşdırılması;
  • Məlumat bazalarının monitoringi və fasiləsiz işinin təşkili;
  • Yeni məlumat bazalarının qurulması və sazlanması;
  • Serverlərin və bazaların əməliyyat sistemlərinin dayanma olmadan yenilənməsi, planlanması;
  • Məlumat bazaları üzrə lisenziyalaşdırma və planlaşdırma;
  • Məlumat bazalarının köçürülməsi və ehtiyat mərkəzində qurulması işinin təşkili və planlanması;
  • Baza hesabatlarının istifadəçilər üçün təmin edilməsi;
  • Windows Server və aplikasiyaların işinin təşkili.

 

Əlavə məlumat:

  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] və ya [email protected] elektron ünvanına göndərə bilərlər;
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Verilənlər bazası üzrə inzibatçı” göstərməyiniz xahiş olunur;
  • CV-lər 11.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

Mərkəzi Əməliyyatlar Departamentinin Xarici Ticarət və Beynəlxalq Əlaqələr Şöbəsinin kiçik mütəxəssisi

 

 

Tələblər:

  • Ali təhsil (Hüquqi, İqtisadi);
  • İngilis və rus dili bilikləri (IELTS sertifikatı və digər dil biliklərinin olması üstünlük təşkil edir);
  • Microsoft office bilikləri;
  • Bank stajının olması üstünlük təşkil edir;
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Araşdırma və özünümaarifləndirmə bacarıqları;
  • Sərbəst işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Gərgin iş qrafikində müxtəlif çox saylı tapşırıqları sistematikləşdirib icra etmək bacarığı.

 

 

İş haqqında məlumat:

 

  • İdxal və ixrac akkreditiv və qarantiya əməliyyatları üzrə işin mərkəzləşdirilmiş qaydada icra və nəzarət etmək (açılma, ödəniş sənədlərin yoxlanılması, sənədləşmə, ödəniş, bağlanma, xidmət haqqıların tutulması);
  • Mövcud və yeni rezident və qeyri-rezident banklarla, beynəlxalq maliyyə instituları ilə əməkdaşlıq üzrə əlaqə saxlamaq, xidmət və məhsullarından faydalanması üçün məlumat toplamaq və işləri aidiyyatına görə əlaqədar strukturlara ötürmək;
  • Nostro müxbir hesablar üzrə tələb olunan sənədlərin təqdim olunmasını təmin etmək, bunun üçün sənədləri aidiyyatı struktur bölmələrindən yığmaq, müqavilə layihələrini analiz etmək;
  • Loro müxbir hesabların açılması, aparılması və bağlanılması üzrə sənədləşməni toplamaq, yoxlamaq və digər işləri icra etmək.

 

 

Əlavə məlumat:

 

  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] və ya [email protected] elektron ünvanına göndərə bilərlər.
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Beynəlxalq əlaqələr şöbəsinin kiçik mütəxəssisigöstərməyiniz xahiş olunur;
  • CV-lər 11.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)