26 Aprel 16:48

Azərbaycan Sosial İş İctimai Birliyi İctimaiyyətlə əlaqələr üzrə menecer könüllüsü axtarır

Azərbaycan Sosial İş İctimai Birliyi İctimaiyyətlə əlaqələr üzrə menecer könüllüsü axtarır.

Vəzifənin adı: İctimaiyyətlə əlaqələr üzrə menecer (könüllü)
Özünüzü realizə etmək cəmiyyətin inkişafın töhfə vermək, bilik və bacaraıqlarınızı daha da inkişaf etdirmək, peşəkar iş bacarıqları-komanda işi, vaxtın idarə olunması, aylıq və həftəlik planlaşdırma kimi bacarıqları əldə etmək istəyirsinizə, İngilis dilini mükəməlləşdirmək, beynəlxalq tədbirlərdə iştirak etmək, xarici mütəxəssislərlə ünsiyyətdə olmaq, mehriban komanda ilə işləmək arzunuz vasra o zaman bu iş Sizin üçündür!! Bizdə könüllü işləməklə qısa müddətdə peşəkar bir mütəxəssisə çevirilə bilərsiniz!

Tabeçiliyi: İcraçı Direktor
Vəzifə və öhdəliklər:
İctimaiyyətlə əlaqələr üzrə menecer Birliyin müsbət imicini dəstəkləmək məqsədi ilə ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətləri və tədbirləri planlaşdırır, onları əlaqələndirir və yerinə yetirir.
1. Birliyin ictimaiyyətlə əlaqələr üzrə nəzərdə tutulan işlərin təşkilində, təmin və bu sahədə bütün işlərin öhdəsindən peşəkar səviyyədə gəlmək;
2. Sosail iş, təşkilata, və təşkilatın icra etidyi layihələr aid xəbərlərin hazırlanyır və təşkilatın veb və facebook səhifəsi habelə digər sosial vasitərlərində geniş yayır;
3. İcraçı direktorun rəhbərliyi altında Birliyin veb-saytını, facebook səhifəsini, instaqram, tvitter hesablarını və youtube kanalını daimi aktiv (hər gün) idarə edir və aktiv saxlayır;
4. İcraçı direktorun rəhbərliyi altında Birliyin veb-səhifəsi, onun məzmunu, fotoşəkilləri yerləşdirir və məlumatları dəyişdirir
5. Birliyin rüblük xəbər bulletenini hazırlayır və yayır;
6. Birliyin vacib məlumatları və tədbirləri barədə xəbər buraxılışlarının hazırlayır və paylanması işinə təşkil edir;
7. Birlyin tədbirlərində şəkillərin, videoların sairə-lərin çəkir və təşkil edir;
8. Yerli offline online media ilə yaxıdan əməkdaşlıq edir və Birliyin yerli mediada daima işıqlandırmasını təşkil edir;
9. Birliyin tanınması üçün tədbirlərdə, konfrans və görüşlərdə lazım gəldikdə onu təmsil etmək və Birlik haqqında məlumatın yayılması işində yaxından iştirak edir;
10. Azərbaycan və ingilis dillərində olan proqram məlumatları barədə çap materiallarının hazırlanması, çap edilməsi və yayılmasına köməklik göstərir;
11. Məlumatları Facebook və digər sosial şəbəkələr vasitəsi, eləcə də Birliyin elektron poçtu və ya birbaşa poçt vasitəsi ilə yayır;
12. İcraçı orqanın qəbul etdiyi qərarların, layihələrin, proqramların və s. icrasını həyata keçirir;
13. Fəaliyyəti ilə bağlı hər ayın sonu aylıq hesabat hazırlayıb İcraçı Direktora göndərir;
14. Birliyin ictimaiyyətlə əlaqələrlə bağlı fəaliyyətləri üzrə aylıq/illik hesabatları hazırlamaq və İcraçı direktoru fəaliyyətlərin nəticələri barədə məlumatla təmin edir;
15. Birliyin işinin qurulması məqsədi ilə təşkilata ianələrin, qrantların və digər vəsaitlərin toplanması işində yaxından iştirak etmək;
16. Bilik və bacarıqlarını artırmaq üçün təşkilat tərəfindən təmin olunan tədbirlərdə iştirak etmək;
17. İcraçı Direktor tərəfindən ona tapşırılan digər məsələləri həll etmək.
18. İcraçı Struktur tərəfindən ona verilən fəaliyyətləri yüksək səviyyədə və vaxtında yerinə yetirmək;
19. Ideyaların reallaşmasında təşəbbüslərlə çıxış edir və aktiv fəaliyyət göstərmək;

  1. Həftədə ən azı 15 saat ofisdə olur.
    21. Birlikdən başqa təşkilat və ya qurumda könüllü olaraq fəalyyət göstərmir.

Tələb olunan keyfiyyətlər:

  1. İctimaiyyətə əlaqələr, jurnalistika və digər müvafiq sahə üzrə ali təhsil və ya təcrübə;
    2. Yüksək kompüter bacarıqları (məlumat bazası və internet proqram təminatları, e-mail, Word, Excel, Photoshop, PP və digər proqram təminatları);
    3. Fotoqrafçılıq avadanlıqlarının işlənməsi və istifadəsi üzrə bacarıq.
    4. İngilis dili biliyi:
    5. Komandada işləmək bacarığı;

Maraqlanan namizədlərdən niyyət məktubu (Motivation Letter) və CV-lərini mayın 15-nə qədər [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)