Cümə axşamı, 21 Avqust, 2025

Azərbaycan Sosial İş İctimai Birliyi sosial iş təhsili alan və ya məzun olan könüllülərin axtarışındadır


  • Dərc edildi: 5 Sentyabr, 2021 - 06:48
Azərbaycan Sosial İş İctimai Birliyi sosial iş təhsili alan və ya məzun olan könüllülərin axtarışındadır

Azərbaycan Sosial İş İctimai Birliyi sosial iş təhsili alan və ya məzun olan könüllülərin axtarışındadır. azsiibteamkomandasına qoşulan könüllülərimizə nələri vəd edirik: • Bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün müxtəlif resurslarla təmin etmək • Peşəkar iş bacarıqları: komanda işi,zamanın idarə olması, aylıq və həftəlik planlaşdırma bir sözlə peşəkar karyeranızda sizə lazım olacaq bacarıqları əldə etmək. • Yerli və ya beynəlxalq tədbirlərdə iştirak etmək. • Peşəkar xarici və yerli mütəxəssislərlə bir komandada işləmək istəyirsinizsə, bizdə könüllü fəaliyyətini icra edərək qısa müddətdə bilik və bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Vəzifə və öhdəliklər: • Birliyin idarəetmə strukturunun könüllülərə yönləndirdiyi iş və fəaliyyətləri qeyd edilmiş vaxtda təşkil və icra etmək. • Birliyin tanınması üçün tədbirlərdə, konfrans və görüşlərdə lazım gəldikdə Azərbaycan Sosial İş İctimai Birliyini təmsil etmək və Birlik haqqında məlumatın yayılması işində yaxından iştirak etmək. • Sorğuların, müsahibələrin tərtibatı və icrasını həyata keçirmək • Konfransların həyata keçirilməsində lazım gələrsə, idarəedici üzvlərin tapşırıqlarının icrasını həyata keçirmək. Könüllü olmaq istəyən sosial iş tələbələri və ya məzunları üçün aşağıdakı meyarlar müəyyən olunmuşdur: • Operativlik • Kompüter bacarıqları • Təşkilatçılıq • Təşəbbüskarlıq • Ünsiyyətcillik • İntizamlılıq • Punktuallıq Qeyd: Könüllülük fəaliyyəti online və offline formada 2 ay müddətində baş tutacaq. Son müraciət tarixi 14.09.2021 Müraciət üçün[email protected]elektron poçt ünvanına Könüllü “Könüllülük proqramı” başlığı ilə CV göndərməyiniz tələb olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 210
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7132
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...