Azərbaycan Sosial İş İctimai Birliyi sosial iş təhsili alan və ya məzun olan könüllülərin axtarışındadır

Azərbaycan Sosial İş İctimai Birliyi sosial iş təhsili alan və ya məzun olan könüllülərin axtarışındadır.

azsiibteam komandasına qoşulan könüllülərimizə nələri vəd edirik:
• Bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün müxtəlif resurslarla təmin etmək
• Peşəkar iş bacarıqları: komanda işi,zamanın idarə olması, aylıq və həftəlik planlaşdırma bir sözlə peşəkar karyeranızda sizə lazım olacaq bacarıqları əldə etmək.
• Yerli və ya beynəlxalq tədbirlərdə iştirak etmək.
• Peşəkar xarici və yerli mütəxəssislərlə bir komandada işləmək istəyirsinizsə, bizdə könüllü fəaliyyətini icra edərək qısa müddətdə bilik və bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.

Vəzifə və öhdəliklər:
• Birliyin idarəetmə strukturunun könüllülərə yönləndirdiyi iş və fəaliyyətləri qeyd edilmiş vaxtda təşkil və icra etmək.
• Birliyin tanınması üçün tədbirlərdə, konfrans və görüşlərdə lazım gəldikdə Azərbaycan Sosial İş İctimai Birliyini təmsil etmək və Birlik haqqında məlumatın yayılması işində yaxından iştirak etmək.
• Sorğuların, müsahibələrin tərtibatı və icrasını həyata keçirmək
• Konfransların həyata keçirilməsində lazım gələrsə, idarəedici üzvlərin tapşırıqlarının icrasını həyata keçirmək.

Könüllü olmaq istəyən sosial iş tələbələri və ya məzunları üçün aşağıdakı meyarlar müəyyən olunmuşdur:
• Operativlik
• Kompüter bacarıqları
• Təşkilatçılıq
• Təşəbbüskarlıq
• Ünsiyyətcillik
• İntizamlılıq
• Punktuallıq
Qeyd: Könüllülük fəaliyyəti online və offline formada 2 ay müddətində baş tutacaq. Son müraciət tarixi 14.09.2021

Müraciət üçün [email protected] elektron poçt ünvanına Könüllü “Könüllülük proqramı” başlığı ilə CV göndərməyiniz tələb olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir