Cümə axşamı, 21 Avqust, 2025

Azərbaycan Texniki universiteti -AzTU “korrektor” (mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir


  • Dərc edildi: 8 Dekabr, 2021 - 06:49
Azərbaycan Texniki universiteti -AzTU “korrektor” (mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir

Azərbaycan Texniki universiteti -AzTU “korrektor” (mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. Korrektor bütün sənədləşmə üzrə mətnlərin qrammatik baxımından düzgün, struktur baxımından ardıcıl və məntiqli, məna baxımından aydın olumasını təmin etməlidir.
Tələblər:
• Ali təhsil (filalogiya – Azərbaycan dili üzrə üstünlükdür);
• Müfaviq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
• Azərbaycan dilinin orfoqrafiya qaydalarını, qramatikasını və leksikologiyasını mükəmməl səviyyədə bilmək;
• “Microsoft Office” proqramlarından istifadə bacarığı;
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq, təqdimat etmək bacarıqları;
• Nəticə yönümlülük;
• Diqətlilik;
Vəzifə üzrə öhdəliklər:
• Sənədlərin operativ və dəqiq şəkildə korrektə olunması;
• Sənədin mətninin düzgünlüyünün yoxlanılması;
• Mətnlərin rəsmi-işgüzar üsluba uyğun redaktə olunması;
• Mətndə sözün işlənmə normalarının pozulmasının düzəldilməsi;
• Mətndə üslub, leksik, sintaksisin redaktə olunması;
• Fakt materiallarının (mənbə,tarix) yoxlanılması.
İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-17:30
Əmək haqqı: 600 AZN gross
Deadline: 20.12.2021
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “korrektor” qeyd etməklə göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 230
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 36
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7149
Sumqayıt Dövlət Univ...