Bazar ertəsi, 7 İyul, 2025

Azərbaycan Texniki Universitetində (AzTU) aşağıda adları qeyd olunan kafedralara müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur


  • Dərc edildi: 14 İyun, 2025 - 13:58
Azərbaycan Texniki Universitetində (AzTU) aşağıda adları qeyd olunan kafedralara müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur

Azərbaycan Texniki Universitetində (AzTU) aşağıda adları qeyd olunan kafedralara müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur.

· Elektrotexnika kafedrası

· Mühəndis fizikası və elektronika kafedrası

· Kompüter texnologiyaları kafedrası

· Radiotexnika və telekommunikasiya kafedrası

· Maşınqayırma texnologiyası kafedrası

· Mexanika kafedrası

· Kimya texnologiya, təkrar emal və ekologiya kafedrası

· Metallurgiya və materiallar texnologiyası kafedrası

 

 Tələblər:

· Ali təhsil: Müvafiq ixtisas üzrə magistr təhsili;

· Təhsil sahəsində ən azı 2 il iş təcrübəsi;

· Azərbaycan dilində akademik yazı qabiliyyəti;

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmə bacarığı;

· Laboratoriya avadanlıqları ilə işləmə bacarığı və onların müvafiq təlimatlara uyğunluğunu yoxlamaq qabiliyyəti;

· Dil biliyi: Yüksək rus dili (ingilis dili arzuolunnadır);

· Laboratoriya işlərini idarə etmək və fənn müəllimlərinə assistentlik etmək bacarığı;

· Tətbiqi proqramlardan istifadə bacarığı (müvafiq proqram təminatları və texniki alətlərlə işləmə);

· Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;

· Koordinasiya etmək bacarığı. 

 

 Vəzifə öhdəlikləri:

· Laboratoriya avadanlıqlarının müvafiq təlimatlara və texniki sənədlərə uyğunluğunu yoxlamaq və onların işlək vəziyyətdə olmasını təmin etmək;

· Laboratoriya işlərini idarə etmək və fənn müəllimləri tərəfindən tədris olunan dərslərdə assistentlik etmək;

· Tələbələrə tədris materiallarının mənimsənilməsində dəstək olmaq və suallarını cavablandırma;

· Kafedranın elmi-tədqiqat işlərində iştirak edərək araşdırmalar aparmaq və nəticələri sənədləşdirmək;

· Tətbiqi proqramlardan istifadə edərək laboratoriya və tədris prosesini dəstəkləmək;

· Müəllim və tələbələr üçün zəruri olan akademik və texniki sənədlərin hazırlanmasına kömək etmək;

· Xarici dil biliklərindən istifadə edərək beynəlxalq elmi mənbələri araşdırmaq və tətbiq etmək;

· Kafedranın elmi-tədqiqat işlərində iştirak etmək və elmi araşdırmalar aparmaq.

· Tələbələrə tədris materiallarını mənimsəməkdə dəstək olmaq və onların akademik inkişafına kömək etmək. 

Tələblərə uyğun namizədlər mövzu yerində ixtisasa uyğun olaraq kafedra adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix: 19.06.2025

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Kaspi Kids "Ələkbər əmi"nin xatirəsini anıb
07 İyul, 2025 - 12:34 27
Kaspi Kids "Ələkbər ...
Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 241
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 92
“Texnologiyanın tətb...