Azərbaycan Texnologiya Universiteti Strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri vəzifəsinə vakansiya elan edir.
Namizədə tələblər:
• Universitetlərin Strateji İnkişaf Planının hazırlanması və icrası üzrə təcrübə;
• Rəqəmsallaşma və rəqəmsal transformasiya sahəsində bilik və bacarıqlar;
• Ali təhsil dərəcəsi (ən az magistr);
• İngilis dili biliyi – C1 səviyyəsi;
• Güclü analitik təfəkkür, təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı.
Üstünlük veriləcəkdir:
• Xaricdə təhsil almış şəxslərə;
• Beynəlxalq layihələrdə və proqramlarda iştirak təcrübəsinə malik namizədlərə.
Namizədlər CV formasını 10.09.2025 tarixədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.