Azərbaycan Turizm Forumu

ATF-in Azərbaycanda fəaliyyət göstərən yerli idarəetmədə olan otel və turizm agentliklərinin effektiv və uğurlu idarə olunmasının prinsiplərini bu sahənin mütəxəssisləri tərəfindən diskussiya olunmasıdır. Hər il mütəmadi olaraq keçirdiyimiz bu forum otel biznesinə yeni başlayanlar, öz turizm şirkətini yaratmaq istəyən və ya bu sahəni daha dərindən öyrənmək istəyən bütün turizm sevərlərin bir araya gəldiyi maraqlı layihədir.

Bu ilin 25 Noyabr tarixində Azərbaycan Turizm Forumu daha geniş miqyasda keçiriləcəkdir. Forumda ümumi olaraq 2 panel olmaqla, 15 nəfər spikerin çıxışı planlaşdırılıb. Forumda «Turizmdə İnnovasiyalar» və «Turizmdə Marketinq və Sosial Medianın idarə edilməsi» panelləri nəzərdə tutulmuşdur.

Biletin qiyməti 20 AZN-dir.

Biletləri www.turizmforumu.az saytından əldə edə bilərsiniz.

Çıxış edəcək spiklerlər haqqında Facebook Eventindən tanış ola bilərsiniz.

Bir cavab yazın

Back to top button
Close