27 Sentyabr 15:22

“Azərbaycan Turizm Sammiti 2019” keçiriləcək

“Azərbaycan Turizm Sammiti 2019” haqqında

“Azərbaycan Turizm Sammiti 2019” (ATS 2019) Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizm sənayesində son tendensiyaları, o cümlədən Azərbaycan daxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır.

Sammit dövlət və özəl sektorun Azərbaycanın turizm istiqaməti kimi inkişafında iştirakını təşviq etmək üçün inklüziv, interaktiv və nəticələrə yönəlmiş imkanlar təqdim edir.

Sammitin əsas məqsədləri:

  • Azərbaycanın yeni turizm brendi “Bir Daha Bax” konsepsiyasının hazırlanmasında iştirak edən komandanın turizm sənayesində çalışan mütəxəssislərə təqdim edilməsi;
  • Dövlət və özəl sektor nümayəndələrinin turizmlə bağlı məsələləri ünvanlandırmaları üçün platformanın təmin edilməsi;
  • Azərbaycanın təbliğatı üçün marketinq şəbəkələşməsi və imkanlarının genişləndirilməsi və turizm sənayesi daxilində resursların cəmləşdirilməsi ilə qarşılıqlı əlaqələrin yaradılması;
  • Ötən il ərzində görülən işlərin icmalı və gələcək illər üçün nəzərdə tutulan işlərə baxış.

Bu il ATS 2019-da milli turizm sənayesinin bütün sahələrini təmsil edən iş adamları və hökumət sektorununun nümayəndələri bir araya gələcək. Tədbir zamanı milli turizm sənayesinin aparıcı iştirakçıları yerli, həmçinin ölkəyə gələn xarici turistlərin səfərlərinin təkmilləşdirilməsi, bu sahədə yeniliklər və qarşıda duran maneələri müzakirə etməklə yanaşı, marketinq və təbliğat fəaliyyəti ilə bağlı həll yolları irəli sürəcəklər.

ATS 2019-un əsas məqsədlərindən biri sənayenin ən son tendensiyaları ətrafında fikir mübadiləsini stimullaşdırmaq, Azərbaycanda turizm sahəsi üzrə sahibkarlıq fəaliyyətinin və innovasiyaların tətbiqi ilə bağlı müzakirələrə təkan verməkdir.

ATS 2019 turizm sənayesinin nümayəndələri, turizm assosiasiyaları, tələbələr və digər turizm peşakarları üçün açıq bir tədbirdir.

Vaxt : 29 noyabr 2019

Sessiya 1: Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması
Kimlər iştirak edə bilər: Turizm agentlikləri və tur operatorlar
Saat: 14:00-15:30
Otaq: B3+B4
Qeydiyyat limiti: 100 nəfər
Moderatorlar: Mark Elliott – Səyahət və turizm yazarı
Səkinə Əsgərova – ATB-nin Sənaye Birlikləri üzrə Meneceri

Sessiya 2: Dövlət və özəl sektorlara dəstək: yerli turizm sənayesinin stimullaşdırılması
Kimlər iştirak edə bilər: dövlət orqanları, turizm müəssisələri
Saat: 14:00-15:30
Otaq: Auditoriya Parteri
Qeydiyyat limiti: 1000 nəfər
Moderator: Vüqar Bayramov – İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert
Natiqlər:
1 Məhəmməd Muradov – DTA-nın Strategiya və Siyasət üzrə şöbə müdiri
2 Elgün Cavadov – DTA-nın Regional turizm və qoruqların inkişafı üzrə sektor müdiri

Sessiya 3: Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün
üstünlükləri
Kimlər iştirak edə bilər: Hotel və qonaqpərvərlik sahəsinin mütəxəssisləri və nümayəndələri
Saat: 14:00-15:30
Otaq: A6
Qeydiyyat limiti: 200 nəfər
Moderator: Günay Sağlam – Azərbaycan Hotel Assosiasiyasının Direktoru
Natiqlər:
1. Ülviyyə Talışınskaya – “Four Seasons Hotel Baku” hotelinin Marketinq direktoru
2. Max Venturelli – “JW Marriott Baku” hotelinin Baş meneceri
3. Nəcəf Bədəlov – “Marxal Resort Sheki” hotelinin Baş meneceri

Sessiya 4: Turizmdə rəqəmsal faəliyyət və marketinq təcrübələri
Kimlər iştirak edə bilər: Turizm sənayesinin maraqlı tərəfləri, startaplar, sahibkarlar və turizm üzrə təhsil
alan tələbələr
Saat: 16:00-17:30
Otaq: A6
Qeydiyyat limiti: 200 nəfər
Natiqlər: “Scalista” şirkətinin mütəxəssiləri Daniel Arroyave, Andrew Reinhart və Peter Balla

Sessiya 5: Turizmdən artıq: İşgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi
Kimlər iştirak edə bilər: İşgüzar tədbirlər və turizm sənayesini yerli, regional və milli səviyyədə təmsil edən
dövlət və özəl sektor nümayəndələri
Saat: 16:00-17:30
Otaq: B3+B4
Qeydiyyat limiti: 100 nəfər
Moderator: Ivo Franschitz – ENITED Business Events şirkətinin direktoru, İşgüzar tədbirlər üzrə ekspert
Natiqlər:
1. Sevda Əliyeva – Azərbaycan Konqreslər Bürosunun Direktoru
2. Henrik von Arnold – ENITED Business Events şirkətində baş məsləhətçi

Sessiya 6: Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası
Kimlər iştirak edə bilər: Turizm üzrə təhsil alan tələbələr, tədqiqatçılar və turizm müəssisələri
Saat: 16:00-17:30
Otaq: Auditoriya Parteri
Qeydiyyat limiti: 1000 nəfər
Moderator: Hüseyn Həsənov – Təhsil və təlimlər üzrə sektor müdiri
Natiqlər: 1
Nicat Abbaslı – DTA-nın Statistika və araşdırmalar üzrə sektor müdiri

Tədbirin proqramı
09:00-10:00 – Qeydiyyat
10:00-10:15 – Açılış mərasimi
10:15-11:15 – Panel diskussiya: Texnologiya və innovasiyaların yerli turizmin inkişafı üçün yaratdığı fürsətlər
11:15-12:00 – 2018 – 2019-cu illərin illərin icmalı (DTA, ATB, AHA, ATAA, ATBA)
12:00-12:15 – 2020-ci ilə baxış və bağlanış mərasimi
12:15-13:00 – Sual/Cavab sesssiyası
13:00-14:00 – Nahar fasiləsi
14:00-15:30 – Günorta sessiyaları. Bölüm 1
Sessiya 1: Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması
Sessiya 2: Dövlət və özəl sektorlara dəstək: yerli turizm sənayesinin stimullaşdırılması
Sessiya 3: Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün üstünlükləri
15:30-16:00 – Fasilə
16:00-17:30 – Günorta sessiyaları. Bölüm 2
Sessiya 4: Turizmdə rəqəmsal faəliyyət və marketinq təcrübələri
Sessiya 5: Turizmdən artıq: İşgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi
Sessiya 6: Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)