10 Fevral 16:53

“Azərbaycan Turizm Sərgisi” adlı foto müsabiqə layihəsi həyata keçirilmişdir

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində qalib olan Bahadır Bağırovun Suraxanı rayon Gənclər Evində “Azərbaycan Turizm Sərgisi” adlı foto müsabiqə layihəsi həyata keçirilmişdir. Layihənin həyata keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı fotoqrafların aşkar olunması və gənclərin asudə vaxtının səmərəli təşkil olunmasından ibarətdir. Layihə çərçivəsində seçilən fotoların 1-ci, 2-ci, 3-cü yerlər üzrə qalibləri diplom və hədiyyələrlə təltif olunmuşdur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)