25 Dekabr 10:38

Azərbaycan Turizm və Menecment Universiteti aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

Dekan vəzifəsini tutmaq üçün:
Xidmət mühəndisliyi fakültəsinin dekanı
Kafedra müdiri vəzifəsini tutmaq üçün:

Mehmanxana və restoran biznesi kafedrası
Beynəlxalq münasibətlər kafedrası
Nəqliyyat, informasiya, kommunikasiya texnologiyaları və təbiət elmləri kafedrası.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
1. Azərbaycan Turizm və Menecment Universiteti rektorunun adına ərizə.
2. Əmək kitabçasından çıxarış.
3. Kadrların şəxsi uçot vərəqəsi.
4. Tərcümeyi-hal.
5. 3×4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.
6. Son iş yerindən xasiyyətnamə (təşkilatın rəhbəri tərəfindən verilmiş və təşkilatın möhürü ilə təsdiqlənmiş).
7. Ali təhsil, alimlik dərəcəsi (fəlsəfə doktoru və elmlər doktoru), elmi ad (dosent və professor) verilməsi haqqında diplomların təsdiq olunmuş surətləri.
8. Ən azı 5 il elmi-pedaqoji təcrübə.
9. Dərc olunmuş elmi əsərlərin siyahısı (təşkilatın elmi katibi tərəfindən təsdiqlənmiş və möhürlənmiş).
10. Şəxsiyyət vəsiqəsinin surəti.
11. Fakültə və kafedranın 5 illik perspektiv inkişaf planı.
Sənədləri bir ay ərzində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Azərbaycan Turizm və Menecment Universitetinin ümumi şöbəsinə təqdim etmək lazımdır.
Ünvan: Bakı, AZ1072, K.Rəhimov küçəsi, 822/23-cü məhəllə, 209-cu otaq.
Yaranan suallarla əlaqədar Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə müraciət etmək lazımdır. Tel: 564-42-33564-54-11
(dax. 115).
Məlumat ATMU-nun web səhifəsində də ( www.atmu.edu.az) yerləşdirilmişdir.
Qeyd: fakültə dekanı və kafedra müdiri vəzifələrinə namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.

Rektorluq

Bəyən və paylaş

Rəylər

rəy(lər)