Azərbaycan Turizm və Menecment Universitetində vakansiyalar

Azərbaycan Turizm və Menecment Universiteti 2020/2021-ci tədris ili üçün Turizm və Qonaqpərvərlik fakültəsinin müvafiq ixtisasları üzrə müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbul müsabiqəsini elan edir.

Müsabiqə üç mərhələdən ibarət olacaqdır: 

  • Sənədlərin qəbulu; 
  • Müsahibə; 
  • Sınaq dərslərin keçirilməsi. 

Namizədlərə aid tələblər:  

  1. Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru); 
  2. Müasir tədris standartlarına uyğun silabus və fənn materiallarını hazırlama bacarıqları; 
  3. Tələbə-yönümlü tədris metodikası; 
  4. Kompyuter biliyi: Ofis proqramlarında (xüsusilə, Microsoft Word, Excel və Power Point) sərbəst işləmək bacarığı. 

Tələb olunan sənədlər: 

  • Doldurulmuş müraciət və silabus formaları; 
  • Şəxsiyyət vəsiqəsinin elektron surəti; 
  • Diplom(lar) və ona əlavə(lər)in elektron surətləri (xaricdə təhsil alanlar isə diplomla yanaşı həmin sənədin tanınmasına dair şəhadətnamənin elektron surətini təqdim etməlidirlər).
Müsabiqədə iştirak etmək istəyən namizədlər müvafiq formaları aşağıdakı keçidlərdən əldə edə bilərlər:
Fənn blokları- https://bit.ly/2EyRshE
Müraciət forması- https://bit.ly/3fcqI3c
Silabus forması- https://bit.ly/2Pb790C

 

Namizədlərdən tələb olunan sənədləri [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Müraciətlərin göndərilməsi üçün son tarix 20 avqust 2020-ci ildir. 

Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya [email protected] vasitəsilə əlaqə saxlaya bilərlər. 

 

Qeyd:   Namizədin göstəriciləri vəzifə  tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə sənədlərə baxılmayacaq.  

Bir cavab yazın

Back to top button