11 İyul 11:51

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi

İyulun 17-də “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu – 2018” yay məktəbinə start veriləcək. “Təhsil avtobusu – 2018” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək.

Yay məktəbinin məqsədi bölgələrdə şagirdlərin şəxsi inkişafına stimul vermək, onların həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, dərsə marağının artırılmasına şərait yaratmaqdır.

İyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif və orta olan 7, 8 və 9-cu sinif şagirdləri təlimçi, eləcə də ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 16 gün ərzində 4000 km yol qət edilib, Bakı, Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı və Zaqatalanın 12 şəhər və 13 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirililib.

“Azərbaycan üçün öyrət’’ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.

Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “ENGİN” LTD MMC“Kapital Bank”, “Ekspo 2025-Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan”və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, ASAN xidmət, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap”, “Edutainment.az”, “SABAH” qrupları, “STEM”, “Şərq-Qərb” ASC, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə təşkil olunub.

Bəyən və paylaş

Rəylər

rəy(lər)