16 Aprel 12:27

Azərbaycan Universiteti MMC-Tyutor vakansiyası

Azərbaycan Universiteti MMC-Tyutor vakansiyası

Vəzifə öhdəlikləri

  • Tələbələrin hüquqlarını və akademik maraqlarını qorumaq;
  • Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;
  • Tələbələrin müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Tələbələrin müraciətlərinə baxmaq, onları cavablandırmaq;
  • Tələbələrin müraciətlərini aidiyyəti struktur bölmələri ilə əlaqəli şəkildə araşdırmaq;
  • Qanunvericiliklə müəyyən olunmuş müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil etmək;
  • Fərdi tədris planlarının tərtibi üçün tələbələrə məsləhətlər vermək, müvafiq dəyişikliklər aparmasına köməklik göstərmək;
  • Yay semestrində iştirak etmək üçün müraciət etmiş tələbələrin qeydiyyatını həyata keçirmək;

 

Vakansiya tələbləri:

  • Ali təhsil;
  • Sahə üzrə iş təcrübəsi 1-3 il;
  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini bilmək;
  • Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını bilmək;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
  • Ünsiyyətdə mehribanlıq və gülərüzlülük
  • Operativ çalışma və məsuliyyətlilik
  • Komanda ilə işləmək bacarığı
  • İşi vaxtında və yüksək keyfiyyətlə tərtib etmək bacarığı
  • Rus və İngilis dilini bilməsi arzuolunandır.

İş rejimi

Həftə içi 5 gün saat: 08:30-17:30

İş Yeri: Bakı ş., C.Hacıbəyli 71

Əmək haqqı-Namizədin bilik və təcrübəsinə uyğun müəyyən ediləcəkdir.

Maraqlanan şəxslər şəkilli CV-lərini E-mail – in ”mövzü ” bölməsində “tyutor edumap.az”  qeyd edərək [email protected]  ünvanına 30.04.2019-cu il tarixinədək göndərə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Əlaqə nömrəsi: (012) 4314112 (dax.115)

Bəyən və paylaş

Rəylər

rəy(lər)