28 İyul 22:10

Azərbaycan Universiteti müəllimlərin işə qəbulunu elan edir

AZƏRBAYCAN UNİVERSİTETİ BBA VƏ MBA PROQRAMI ÜZRƏ MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNU ELAN EDİR 
Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün BBA və MBA Proqramında aşağıda qeyd olunmuş fənləri tədris etmək üçün müəllimlərin işə qəbulunu elan edir.
 Mikroiqtisadiyyat

 Məhsulun maya dəyəri
 Vergilər və vergitutma
 Korporativ maliyyə
 Maliyyə təhlili
 Müəssisənin iqtisadiyyatı
 Vergi inzibatçılığı
 Beynəlxalq maliyyə standartları

Müsabiqəyə dair tələblər
📍Maliyyə və ya iqtisadi sahədə ali təhsil
📍Minimum magistr dərəcəsi
📍Ən azı 3 il pedaqoji staj
📍IELTS sertifikatı (minimum 6.5)
Sənəd qəbulu 27.07.2018-ci il tarixdən 13.08.2018-ci il tarixədək həyata keçirilir. Seçim zamanı müvafiq sahə üzrə fəlsəfə doktoru (Ph.D) və elmlər doktoru elmi dərəcələrinə malik olan namizədlərə üstünlük veriləcəkdir.
Sənədləri məqbul hesab edilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) müraciətində göstərməlidir.
Saat hesabı əvəzçiliklə deyiləcək dərslərə görə ödənişlər bir semestr üçün 1500-2000 manat arasında olacaqdır. Bu zaman əmək haqqının miqdarı namizədin malik olduğu bilik, bacarıq və göstəricilərə görə diferensial qaydada hesablanacaqdır. Namizədlər CV-lərini [email protected][email protected] ünvanlarına göndərə bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)