19 Fevral 15:47

Azərbaycan Universitetləri sərgisi

Əziz Abituriyentlər və tələbələr! Möhtəşəm bir fürsəti bu dəfə, məhz, sizin üçün ayağınıza qədər gətiririk!
Azərbaycanın ən böyük Universitet Sərgilərindən biri Sabunçu Gənclər Evində!
Ölkənin ən reytinqli universitetlərinin yer aldığı sərgiyə abituriyentlər, tələbələr və onların valideynləri qoşula bilərlər!
Sərginin keçirilməsində əsas məqsəd:
✔ Sərgidə iştirak edəcək hər bir
abituriyentin seçiminə uyğun təhsil ocaqları ilə tanış olmağına yardım etmək;
✔ Doğru ixtisas üçün doğru universitet seçiminə dəstək olmaq;
✔ Gənclərin həmin ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyətdə olub, bütün maraqlandıran suallarına cavab tapmağına dəstək göstərməkdir.
Sərgi proqramı:
23 fevral
13:00 – 19:00
Sabunçu Gənclər Evi ( Bakıxanov qəsəbəsi, Yavər Əliyev 91 )
baş tutacaq.
Proqram çərçivəsində sizləri gözləyir:
* Universitet və kolleclərin sərgi stendləri;
* Təhsil müəssisələrinin xüsusi ayrılmış görüş otaqlarında qısa təqdimat və vorkşopları;
* Canlı musiqi;
* Şəbəkələşmə imkanı;
Sərgidə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir❗
Qeydiyyat linki: https://sabunchuge.typeform.com/to/TN7NFN
Qeyd: Sərgidə iştirak ödənişsizdir.
Siz də sərgidə iştirak edərək sizin üçün doğru olan universiteti seçməyə tələsin!
Bəyən və paylaş