Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb

Azərbaycanda fəaliyyət göstərən Müasir İnkişaf Birliyinin təşəbbüsü ilə Türkiyədəki 30 qeyri-hökumət təşkilatı birgə Bəyanat qəbul edib. Bəyanatda işğalçı Ermənistanın təcavüzü, onun Azərbaycanla cəbhə bölgəsindəki təxribatları, Türkiyəyə qarşı ərazi iddiaları, saxta soyqırım tələbləri qətiyyətlə pislənilir, bunlara son qoyulmasına çağırılır.

Bəyanatın tam mətnini təqdim edirik:

Bir neçə həftədir ki, Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi gərginlik yaşanır. Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbiçiləri şəhid olur, yaralanır, mülki əhalinin yaşadığı məntəqələrə ziyan dəyir, dağıntı və təlafatlar baş verir. Belə bir mürəkkəb vaxtda Azərbaycana ilk dəstək Türkiyə dövlətindən, türk xalqından gəldi. Təqdirəlayiq haldır ki, “Bir millət, iki dövlət” prinsipindən çıxış edən Türkiyənin ali siyasi rəhbərliyi və xalqı Azərbaycanın haqq işində onun yanında olduğunu qətiyyətlə bəyan etdi.

İşğalçı Ermənistan, onun riyakar siyasi rəhbərliyi və xaricdən bu prosesləri qızışdıran erməni diasporu və lobbisi təkcə Azərbaycana deyil, həm də Türkiyəyə problemlər yaradır. Tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətini quran, sonradan Qarabağ və ətraf əraziləri işğal edən ermənilərin Türkiyəyə, Gürcüstana qarşı saxta soyqırım və ərazi iddiaları bu dövlətin, onu yönəldənlərin nə qədər məkrli siyasət yürütdüklərinin göstərir. Artıq iki əsrə yaxındır ki, bölgədəki bütün millətlərə (türk, kürd, yəhudi, talış, tat, ləzgi və s.), dinlərin nümayəndələrinə (müsəlman, xristian və s.) nifrət bəsləyən, onlara fəlakətlər gətirən və soyqırımlar törədən ermənilərin hümanizm və insan haqlarından danışması riyakarlıqdır. Ermənistanın təcavüzünə qarşı dünyanın aparıcı demokratik dövlətlərində soydaşlarımızın təşkil etdikləri dinc etiraz aksiyalarına terrorçu erməni təşkilatlarının bilavsitə iştirakı ilə edilən hücum və zorakılıqlar qarşı tərəfin münaqişənin dinc yolla həllində maraqlı olmadığını bir daha göstərdi.

Bütün bunları nəzərə alaraq biz – aşağıda imza atan Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatlarının rəhbərləri Ermənistandan beynəlxalq hüquqa və insan haqlarına hörmətlə yanaşmağı, işğalçı qoşunlarını Qarabağ və ətraf rayonlardan çıxarmağı, Azərbaycana qarşı təcavüzü dayandırmağı, saxta soyqırım tələblərindən, Türkiyəyə və qonşu dövlətlərə ərazi iddialarından əl çəkməyi, xarici ölkələrdə yaşayan türk və müsəlmanlara qarşı illərdir davam edən terror və zorakılıqları dərhal dayandırmağı tələb edirik!

 

1. Müasir İnkişaf İctimai Birliyi
2. Anka Der
3. Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
4. Osmanlı Diriliş Halk Harekatı
5. Türkiye Muhabirler Derneği
6. İç Anadolu Derneği
7. Voicepress Uluslararasi Haber ve Araştırma Merkezi
8. Türkçe Konuşan Gazeteciler Birliği
9. Türkiye Bürokratlar Birliği
10. Şahlanış Hareketi
11. İğdır Azerbaycan Dil, Tarih ve Kültür Birliğini Yaşatma ve Destekkeme Derneği
12. İğdır Azerbaycan Evi derneği
13. Türk Dünyası Platformu
14. Türk Dünyası Kültür ve İnsan Hakları Derneği
15. Türk Macar Dostluk Platformu
16. Kazak Ukrayna Partisi
17. Kıbrıs Türk Barış Harekatı
18. Bulgaristan Türk Kadınlar Birliği
19. Suriye Türkmen Harekatı
20. Türk Dünyası Başbuğ Sekretaryası
21. Kırıma Özgürlük Platformu
22. Ülkücü Alperen Bozkurtlar Harekatı Hanım Komisyonları Genel Başkanlığı
23. 7 Hilal Örgütü Genel Başkanlığı
24. Türkiye Hanım Elleri Derneği
25. MAMAK Havadis Gazetesi
26. IĞDIR il Derneği
27. Güngören Iğdırlılar Derneği
28. MAMAK Muhtarlar Derneği
29. Ağrı İli Tanıtım Dernegi
30. İstanbul Türkiye Azerbaycan Derneği (İSTAD)
31. Alper Tunga Turan Ocakları
32. Uluslararasi Barış Federasyonu

Bir cavab yazın

Back to top button