19 Oktyabr 16:58

“Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası – Gəncə” layihəsinə start verildi

Əziz gənclər!

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və İşıqlı Gələcək Gənclər İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası – Gəncə” layihəsinə start verir.

Layihə çərçivəsində Bakı şəhəri və digər regionlardan ümumilikdə 120 gənc seçilərək onların iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası Gəncə şəhərində təşkil olunacaq. Simulyasiyada həmin dönəm Parlamentdə müzakirə olunmuş mövzular yenidən müzakirəyə çıxarılacaq, gənclərin fikirləri dinlənəcəkdir.

Layihənin əsas məqsədi – vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında gənclərin aktiv iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdır

Qeydiyyat linki : http://bit.do/eyXGn

Müraciət üçün son tarix: 31 oktyabr

Bəyən və paylaş

Rəylər

rəy(lər)