“Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans keçiriləcək.

Fevralın 20-də saat 11:00-da AMEA-nın Əsas binasında “Azərbaycan  Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik”  mövzusunda elmi konfrans keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında” 16 may 2017-ci il tarixli Sərəncamına əsasən baş tutacaq.

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 8 fevral  2018-ci il tarixinədək Azərbaycan, rus və ya ingilis dillərində [email protected] elektron ünvanına göndərə bilərlər.

Tezislərin tərtibatına dair tələblər:

– Mətn Microsoft Word A4 ölçüdə, Times New Roman, 12 şrift, 1 intervalla, soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm, abzaslar 1.15 sm. parametrlərinə uyğun olmalıdır;

– Müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı və əlaqə nömrəsi səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə yazılmalıdır;

Konfransın təşkilatçıları AMEA-nın İctimai Elmlər Bölməsi və Elm Tarixi İnstitutudur.

Əlaqə nömrəsi: (+994 12) 539 51 36;

E-mail: [email protected]

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.

Rəylər

rəy(lər)