#
11 Yanvar 17:50

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar beynəlxalq elmi konfrans keçiriləcək

11-15 aprel 2018-ci il tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbir AMEA-nın Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda “XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları” və “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar” bölmələri üzrə məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və fevralın 15-dək Təşkilat Komitəsinə göndərilməlidir.

Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və elektron variant e-mail ünvanlarına ([email protected], [email protected]) göndərilməlidir.

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır.

Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

Ünvan: Bakı ş., H.Cavid pr., 115.

Tel: (+994 12) 539 36 15, (+994 12) 539 36 19.

Rəylər

rəy(lər)