14 Noyabr 13:46

“Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

Noyabrın 17-də saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının konfrans zalında “Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Tədbir AMEA-nın Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasıın Prezidenti yanında Bilik Fondu, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komisiyası və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə birlikdə YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü”nə həsr olunacaq.

Ünvan: Ünvan: Bakı ş., H.Cavid pr., 129.

www.science.gov.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)