23 Noyabr 15:06

Azərbaycanda ilk dəfə Blockchain Conference təşkil olunacaq

7 Dekabr 2018-ci il tarixində Azərbaycanda ilk dəfə Blockchain Conference təşkil olunacaq. Konferensiyada beynəlxalq mütəxəssislər blockchain texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri haqqında öz bilik və təcrübələrini bölüşəcəklər.

Tədbir 3 hissədən ibarətdir:
1-ci hissə konferensiyada 3 beynəlxalq və 2 yerli mütəxxəsisin çıxışları olacaq. 3 saat davam edəcək tədbirdə həm dövlət, həm özəl sektor nümayəndələri ilə yanaşı, blockchain texnologiyası ilə maraqlanan hər bir şəxs iştirak edə biləcək. Ümumi qonaq sayı 300 nəfər nəzərdə tutulub. İştirak xüsusi dəvət və ödənişli biletlər əsasında mümkün olacaq.

2-ci hissə Blockchain Workshop; Waves Blokchain platformasının nümayəndəsi tərəfindən developer və maraqlı şəxslər iştirak edə biləcəklər. İştirakçı sayı 50-70 nəfər. Bu hissədə yalnız Blockchain texnologiyasının proqramlaşdırılmasında maraqlı şəxslər iştirak edə biləcəklər. Workshop-da iştirak müraciət əsasında mümkün olacaq.

3-cü hiss Networking Afterparty; Tədbir spikerləri, sponsorlar və VİP qonaqlar üçün nəzərdə tutulmuş axşam yeməyi. Bu hissədə iştirak xüsusi dəvət və VİP bilet sahibləri üçün mümkün olacaq.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)