24 Sentyabr 00:54

Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan digər universitet tələbələri də bu imkandan yararlana biləcəklər!

İndi Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan digər universitet tələbələri də bu imkandan yararlana biləcəklər!

Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Proqram tam olaraq ingilis dilində aparılacaqdır.

• Proqramın xərcləri Bakı Ali Neft Məktəbinin hesabınadır.

Layihə sizə nə verəcək?
• Biznes sahəsində bilik və bacarıqlara yiyələnmək
• Praktiki məşğələlərdə iştirak etmək
• BP və digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi və müzakirə imkanları
• Bakı Ali Neft Məktəbinin ən qabaqcıl və beynəlxalq sertifikatlı heyətindən təhsil almaq
• Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatı ilə təmin edilmək

Proqram Bakı Ali Neft Məktəbinin beynəlxalq təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir. Təlimlər oktyabr-dekabr ayları ərzində Bakı Ali Neft Məktəbində təşkil ediləcəkdir.

Proqrama daxil olan modullar:

• Prezentasiya və kommunikasiya bacarıqları
• Layihə idarəetməsi
• Vaxtın idarəedilməsi və səmərəlilik
• Liderlik
• Risklərin idarəedilməsi
• Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş
• İnsan resurslarının idarəedilməsinin əsasları
• Danışıq bacarıqları Kimlər müraciət edə bilər:
• Hal hazırda yalnız mühəndislik ixtisasları üzrə təhsil alan 3-cü, 4-cü və 5-ci kurs tələbələri.
• Yalnız ingilis dili bacarıqları yüksək olan tələbələr.

Kimlər müraciət edə bilər:
 Hal hazırda yalnız mühəndislik ixtisasları üzrə təhsil
alan 3-cü, 4-cü və 5-ci kurs tələbələri.
 Yalnız ingilis dili bacarıqları yüksək olan tələbələr.
 Bakı Ali Neft Məktəbi: 4-ci və 5-ci kurs, digər ali təhsil
müəssisələri isə 3-cü və 4-cü kurs tələbələri

Qeydiyyat üçün aşağıda qeyd edilən məlumatları [email protected].az elektron ünvanına göndərməyiniz xahiş edilir. Qeydiyyat üçün son tarix: 10 oktyabr 2019-cu il

• Ərizə forması (Buradan əldə edə bilərsiniz: http://www.bhos.edu.az/nodupload/editor/files/application_for_BEE_ENG.docx)
• CV

Yerlərin məhdud olduğunu nəzərə alaraq tezliklə qeydiyyatdan keçməyniz tövsiyyə olunur. Proqrama qəbul olan tələbələrə 20 oktyabr, 2019-cu il tarixinədək məlumat veriləcəkdir.

Əlavə suallarınız üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz.

e-mail: [email protected].az
Telefon: 012 521 00 00 ( daxili: 33027)

Bəyən və paylaş

Rəylər

rəy(lər)