“Azərbaycanda Qız Uşaqlarına Qarşı Zorakılığın Qarşısının Alınması Tədbirlərinin Əhəmiyyəti” mövzusunda ictimai müzakirə

Gender Hub Azerbaijan prioritet mövzuları özündə cəmləşdirən ictimai müzakirələr, görüşlər təşkil etməyə davam edir. Əvvəlki görüşlərdə bir çox gender əasaslı məsələlər, zorakılıq halları müzakirə olunmuşdu və problemlə mübarizə yolları təklif olunsa da məsələ hələ də öz aktuallığını qorumaqdadır. Təəssüflər olsun ki, bugün Azərbaycanda zorakılıqla təkcə qadınlar deyil, həm də uşaqlar üzləşir. Zorakılığa məruz qalan uşaqlar içində qız uşaqları çoxluq təşkil edir. Bütün tədbirlərə baxmayaraq onlara qarşı şiddət istər bəzi şəhərlərimizdə, istərsə də rayonlarımızda artmaqdadır.

Bu səbəblə də, BMT-nin Uşaq Fondunun və Gender Hub Azerbaijan-nın tərəfdaşlığı ilə uşaq zorakılıq hallarının azaldılması istiqamətində “Azərbaycanda Qız Uşaqlarına Qarşı Zorakılığın Qarşısının Alınması Tədbirlərinin Əhəmiyyəti” mövzusunda ictimai müzakirə keçiriləcəkdir.
Bu aktual mövzunu müzakirə etmək və fikirlərinizi səsləndirmək üçün bütün gender fəallarını, aktivistləri, jurnalistləri, eləcə də insan hüquqlarının müdafiəsi ilə məşğul olan bütün fərdləri görüşdə iştirak etməyə dəvət edirik.
—————————————————

Görüş haqqında məlumat:
📅Tarix: 26.08.2020 / 19:00 (GMT+4)
🔹Mövzu: “Azərbaycanda Qız Uşaqlarına Qarşı Zorakılığın Qarşısının Alınması Tədbirlərinin Əhəmiyyəti”
Moderator: Gənclərlə iş üzrə ekspert Məryəm Məcidova (Maryam Majidova)
Spiker (fəxri qonaq) : Edvard Karvardin, BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri
Qeydiyyat üçün link:🔗 https://bit.ly/3iWOylu
⏱️Qeydiyyat üçün son tarix: 26.08.2020 18:00 (GMT+4)

📌Qeyd 1: Görüş ingilis dilində baş tutacaqdır (Azərbaycan dilinə tərcümə xidməti təşkil ediləcək).
📌Qeyd 2: Görüş ZOOM platforması üzərindən keçiriləcəkdir.
#LetYourVoiceBeHeard #UşaqZorakılığınaYox #GenderHubAzerbaijan

Bir cavab yazın

Back to top button