7 Oktyabr 14:59

Azərbaycanı xaricdə təmsil edib ideyanızı sosial biznesə çevirmək istəyirsiniz?

Azərbaycanı xaricdə təmsil edib ideyanızı sosial biznesə çevirmək istəyirsiniz?

BMT və “Hult Business School” tərəfindən maliyyələşdirilən Hult Prize 100-dən çox ölkədən tələbələrin qatıldığı və “Tələbələr üçün Nobel Mükafatı” adlandırılan dünyanın ən nüfuzlu sosial startup müsabiqəsidir. Azərbaycanı Dubay, San Francisco kimi 25+ şəhərdən birində keçiriləcək regional finalda təmsil etmək və ideyanızı biznesə çevirmək istəyirsinizsə bizə qoşulun. Müsabiqə haqqında ətraflı məlumat almaq üçün sizi infosessiyamıza dəvət edirik. Eyni zamanda bu dəfəki infosessiyamızda keçən ilin qalibləri ilə görüşüb onların təcrübələrindən yararlana biləcəksiniz.

📍 Məkan: Caspian Plaza 3-cü mərtəbə, Baku IdeaLab, Cəfər Cabbarlı 44.

⌚ Zaman: 12 Oktyabr, Saat 15:30

💡Qeyd edək ki, fakültə və ixtisasdan asılı olmayaraq bütün Bakı Dövlət Universitetinin tələbələri iştirak edə bilər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)