27 Mart 17:20

“Azərbaycanım” adlı  Respublika Uşaq Rəsm Festivalı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan  Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və  Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan  Xalq  Cümhuriyyəti  İli”  çərçivəsində uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə  münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsasda doğma  elə,vətənə məhəbbəti aşılamaq  məqsədi ilə  “AZƏRBAYCANIM” adlı  RESPUBLIKA  UŞAQ  RƏSM FESTIVALI  keçirilir  və  festival

çərçivəsində  müsabiqə  elan  olunur:

 İştirak etmək istəyənlər yaşadığı bölgənin milli  mədəni və tarixi  abidələrin, yerli mətbəx nümunələrinin, bölgəyə xas olan  flora və faunanın,  qədim əşya  və ya bölgə üçün  xarakterik  olan qədim geyimlərin, musiqi alətlərinin, müxtəlif  peşə  sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazlarının təsviri, o cümlədən, hərbi vətənpərvərlik mövzusu, sərhədyanı problemlər  və qəhrəmanların obrazlarının təsvirinin  tabloda  əks  etdirməli  və    yaratdığı  işin   fotosu ilə bərabərad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə  2018-ci il may ayının 5-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.

  1. facebook: Bakı Xətai Sənət Mərkəzi(https://www.facebook.com/xsm.art.az/)
  2. whatsapp:00994 51 310 74 01
  3. instagram:xetaisenetmerkezi
  4. email:xsm.2016@mail.ru
  5. ünvan:Az1025. Bakı şəhəri, Xocalı pr 62.
  • Müsabiqədə 15 yaşına qədər uşaq və yeniyetmələr  ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər.
  • Əsərlərdə  uşaqların öz duyğu və düşüncələrini  görmək  istəyirik.
  • Seçim zamanı  müəllifin   yaşı  nəzərə  alınmaqla düzgün kompozisiya, rəng seçimi və idea  əsas götürüləcək.
  • Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni  yaradılmış  əsərlərin  təqdim  olunmasını  arzu edirik.
  • I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.
  •    Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq   həmçinin  sərgidən  30 əsər seçiləcək və həmin əsərlərin müəllifləri festivala dəvət olunacaq və və qaliblər mükafatlandırılacaq.
  • Festivalın gündəliyi:

10.00 – Canlı şəkil çəkmək

11:30 – Furşet

12:00 – Muzeyə getmək

14:00 – Günorta yeməyi

15:30 –Musiqili Mükafatlandırma mərasimi  və  festivalın bağlanışı

 

Mükafatlandırma fondu:

I yer – dəmir molbert və yağlı boya dəsti

II yer – taxta molbert və yağlı boya dəsti

III yer – akril dəsti

Həvəsləndirici – 10 nəfər

Əlavə mükafatlandırma nominasiyaları:

  1. Maraqlı ideya – Dövlət Rəsm Qalereyası
  2. Vətənin tərənnümü – Xətai Rayon İcra Hakimiyyəti
  3. Mövzu seçimi – Rəssamlar İttifaqı
  4. Rəng seçimi – Xətai Sənət Mərkəzi
  5. Vətənpərvərlik mövzusu – Az Tv
  • Bağlanış Xətai Sənət Mərkəzində  keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq.
Bəyən və paylaş

Rəylər

rəy(lər)