12 Mart 15:48

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.
 
Bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.
Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.
Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün – 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib.
Bəyən və paylaş