25 Fevral 10:18

“Azərbaycanın çoxşaxəli şəxsiyyətləri” / müzakirə

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Layihə Məkanında keçiriləcək “De/Konstruksiya” müzakirələri çərçivəsində Şeyda Allahverdiyevanın iştirakı ilə “Azərbaycanın Çoxşaxəli Şəxsiyyətləri” adlı müzakirəyə və film nümayişinə dəvət edir.

Mühazirəçi: Şeyda Allahverdiyeva
Tarix: 28 fevral, 19:00
Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala 30, 001 A)
Giriş sərbəstdir

Şeyda Allahverdiyeva müxtəlif yaşlarda olan qadın və kişilərdən müsahibə aldığı “Azərbaycanın çoxşaxəli şəxsiyyətləri ” adlı video layihəsini nümayiş etdirəcək. Müsahibə iştirakçılarının beş şəxsiyyət qrupunu müəyyən etməsini və bu qruplardan özünü hansına daxil etdiklərini soruşdu. Heç bir cavabın doğru və ya yanlış olduğu müzakirə olunmadığı bu layihə mütləq bir həqiqəti göstərməyi hədəfləmir. Müsahibələr,həmçinin, müəyyən stereotiplərin varlığını və müzakirə üçün bir qapı açdığını aydın şəkildə göstərir. Videonun nümayişindən sonra izləyicilər onun əsəri haqqında və sosial və gender rolları mövzuları üzrə özlərini necə gördüklərini müzakirə edəcəklər.

“Azərbaycanın çoxşaxəli şəxsiyyətləri” Qafqazda qadınlar, kənd icmaları, milli və cinsi azlıqlar və münaqişə zonalarına istiqamətlənən kreativ beynəlxalq media platforması olan CHAI XANA tərəfindən dəstəklənib. Platforma barəsində məlumat verilməyən məsələ və hadisələri insan hekayələri ilə təqdim edərək region boyunca təmsil olunmayanların səsi olmağı məqsəd seçib.

Şeyda Allahverdiyeva (d. 1989, Azərbaycan) ADA Universiteti və Maastricht İdarəetmə Məktəbində Beynəlxalq Biznes üzrə MBA almışdır. O, karyerası ərzində İngilis ədəbiyyatı və Orta Şərqdə yaradıcı yazıçılığın öyrədilməsindən uşaqlar üçün İT və kinorejissorluq kurslarına qədər böyük rol oynamışdır. Təhsil layihəsi üzrə marketinq mütəxəssisi kimi çalışdığı işindən başqa Şeyda fotoqraf və yazıçıdır. O, səyahət, mədəniyyət və dil haqqında araşdırmalara daha həvəslə yanaşaraq qeyri-adi perspektivləri ilə sadə həyat səhnələrinə işıq gətirir.

“De/Konstruksiya” – ARTIM Məkanında sərgilərin montaj/demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)