“Azərbaycanın enerji ixracı layihələrinin icmalı” mövzusunda seminar keçiriləcək

Əziz gənclər!

“ADA” Univesitetinin Magistr Tələbə Höküməti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “ADA” Universitetinin müəllimi, BP-nin Azərbaycan, Gürcüstan va Turkiyədə xarici əlaqələr va strategiya üzra vitse-prezidenti Bəxtiyar Aslanbəyli tərəfindən “Azərbaycanın enerji ixracı layihələrinin icmalı” mövzusunda tələbə-gənclər üçün seminar keçiriləcək.

Görüş 5 aprel saat 15:00-da “ADA” Universitetinin böyük zalında baş tutacaq. Seminar Azərbaycan dilində olacaq və digər təhsil müəssisələrinin tələbələri də iştirak edə bilər.

Qeydiyyat üçün keçid: http://goo.gl/MIwiwx

Qeydiyyat üçün son tarix: 3 aprel 2017-ci il

Bir cavab yazın

Back to top button
Close