8 Avqust 11:54

“Azərbaycanın ictimai-siyasi həyatında Tarix fakültəsinin yeri və rolu” mövzusunda Respublika elmi-praktik konfrans

Bakı Dövlət Universitetinin
və Tarix fakültəsinin 100 illik yubileyinə hərs olunmuş “Azərbaycanın ictimai-siyasi həyatında Tarix fakültəsinin yeri və rolu” mövzusunda Respublika elmi-praktik konfransı

2019-cu ilin noyabr ayında Bakı Dövlət Universitetinin, həmçinin onun ilk fakültələrindən olan Tarix fakültəsinin yaradılmasının 100-cü ili tamam olur. Bu münasibətlə Tarix fakültəsinin kollektivi 2019-cu ilin yanvar-oktyabr aylarında fakültə əməkdaşlarının təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirməyi planlaşdırmışdır. Müvafiq məsələlər fakültə iclaslarında müzakirə olunmuş, təşkilati işlərlə məşğul olacaq təşkilat komitəsi yaradılmışdır. Nəzərdə tutulan tədbirlərin bir hissəsi artıq həyata keçirilmişdir. Təşkilat komitəsinin qərarına əsasən yubiley tədbirləri oktyabr ayının 8-9-da “Azərbaycanın ictimai-siyasi həyatında Tarix fakültəsinin yeri və rolu” mövzusunda keçiriləcək 2 günlük respublika elmi-praktik konfransı ilə yekunlaşdırılmalıdır.
Konfransda Azərbaycanın elmi və ali təhsil müəssisələrində çalışan alimlər, araşdırmaçılar, professor-müəllim heyəti, həmçinin doktorant və dissertantlar, bakalavriat və magistratura pilləsində təhsil alan tələbələr də iştirak edə bilərlər.

Məruzələrin 4 dildə dinlənilməsi nəzərdə tutulur: azərbaycan, türk, rus və ingilis dillərində.

Müzakirələr aşağıdakı mövzular ətrafında aparılacaq:
1. Azərbaycan xalqının milli sərvəti – Bakı Dövlət Universiteti
2. 100 yaşlı Tarix fakültəsi
3. Tarix fakültəsinin görkəmli məzunları
4. Tarix fakültəsi ideoloji mərkəz kimi
5. Tarix fakültəsinin beynəlxalq əlaqələri
6. BDU və Tarix fakültəsi tələbələrin gözü ilə.

Konfransın təqvimi
Konfransın elanı – 1 avqust 2019-cu il
Tezislərin göndərilməsi üçün son tarix – 28 sentyabr 2019-cu il
Qəbul olunan tezislərin elanı – 2 oktyabr 2019-cu il
Konfransın proqramının (pdf) yayımlanma tarixi – 4 oktyabr 2019-cu il
Konfransın tezis kitabının (pdf) yayımlanma tarixi – 7 oktyabr 2019-cu il
Konfransın tarixi – 8-9 oktyabr 2019-cu il

Konfransda iştirak şərtləri
– Konfransa təqdim edilən mövzular konfransın tematikasına uyğun olmalıdır.
– Konfransın işçi dilləri: Azərbaycan, türk , ingilis və rus dilləri.
– Konfransa təqdim edilən tezislər Elmi Komitə tərəfindən müsbət rəy verildikdən sonra qəbul olunacaqdır.
– Konfransa göndərilən tezislər hər kəsin şəxsi elektron ünvanından, fayla müəllifin soyadı verilərək göndərilməlidir.
– Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
– Konfransın tələblərinə uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.
– Konfransda məruzə etməyənlərə iştirak sənədi verilməyəcək.

Tezisin tərtibi qaydaları
• Mövzunun adı böyük qara hərflərlə tünd rəngdə (Bold+böyük hərflərlə) ortada yazılmalıdır
• 1 sətir aşağıda ortada müəllifin adı, familiyası (normal qaydada, Bold şriftlə)
• 1 sətir aşağıda: iş yeri və ya oxuduğu, yaxud doktorantı/dissertantı olduğu ali məktəbin, fakültənin/ yaxud ixtisasın adı, kursu (Bold+İtalic hərflərlə)
• 1 sətir aşağıda: e-mail ünvanı (adi şriftlə)
• Yalnız tələbələr üçün: 1 sətir aşağıda, sağ tərəfdə: elmi rəhbərin elmi dərəcəsi (elmlər namizədi/elmlər doktoru), adı, familiyası, işlədiyi ali məktəbin adı və elmi adı (dosent/professor), yazılmalıdır (adi şriftlə)
• 1 sətir aşağıda mövzuya aid 4-5 açar söz yazılmalıdır (tezisin yazıldığı dildə, adi şriftlə). Açar sözlər mövzü üzrə olmayan, yaxud qismən aid olduğu hesab ediləcək tezislərə baxılmayacaq!
• 1 boş sətirdən sonra əsas mətn yığılmalıdır.

Mətn Word proqramında yığılmalıdır: kağızın formatı – A4; sənədin formatı – doc.; docx.; şrift – TimesNewRoman (digər şriftlərlə yığılmış tezislər qəbul olunmayacaqlar); ölçü – 14; sətirlərarası interval –1.

Səhifənin ölçüləri: A4
Bütün tərəfləri: 2,5 sm,

• Tezis 400-500 söz ola bilər (məqalənin və müəllifin, oxuduğu/doktorantı, dissertantı olduğu ali məktəbin və fakültənin/müəssisənin adı, müəllifin e-mail ünvanı, elmi rəhbərin adı, açar sözlər və ədəbiyyat nəzərə alınmamaqla)
• Tezis yalnız məruzə edilməsi nəzərdə tutulan dildə göndərilməlidir (açar sözlər həmçinin)
• Mövzudan asılı olaraq tezisdə istinadlar verilməyə bilər. Lakin sonda istifadə edilmiş ədəbiyyat siyahısı göstərilməlidir (əlifba sırası ilə). Ədəbiyyat siyahısı olmayan tezislərə baxılmayacaq!

Tezislər [email protected] elektron ünvanına göndərilməlidir.
Konfrans materiallarının elektron versiyası Tarix fakültəsinin saytında yayımlanacaqdır.
Konfrans barədə məlumatları fakültənin saytından (http://history.bsu.edu.az) və facebooke səhifəsindən (https://www.facebook.com/BDU-TAR%C4%B0X-206472387360/) əldə etmək olar.

Konfransın keçiriləcəyi yer:
AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi

Əlaqə: [email protected]
(012) 539 10 68
(012) 437 04 61 (saat 09.00-17.00)

Bəyən və paylaş

Rəylər

rəy(lər)