21 Dekabr 10:44

Azercell Tələbə Təcrübə Proqramı 2016/Texnologiyalar Departamenti (Hesabatlar və Performans İdarəedilməsi bölümü)

Hesabatlar və Performans İdarəedilməsi bölümü

Əsas Öhdəliklər

  • Şəbəkə performansının nəzaretdə saxlanılması üçün statistikaların analizi.
  • Digər departamentlərdən gələn istəklərin araşdırılması və lazım olan məlumatların hazırlanması.
  • İstək və tələbə uyğun olaraq yeni statistik hesabatların hazırlanması.
  • Gündəlik və aylıq hesabatların hazırlanmasına kömək etmək.

 Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi

  • Ali təhsil ocaqlarının bakalavr pilləsinin 3-4-cu kurs və magistratura tələbələri (Kompüter mühəndisliyi, Tətbiqi Riyaziyyat, Telekommunikasiya və oxşar sahələrdə təhsili olanlara üstünlük verilir)
  • Statistika sahəsində biliklər
  • Dil bilikləri: Azərbaycan dili – yaxşı, İnglis və rus dili – orta səviyyədə (intermediate/upper intermediate)
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları, o cümlədən təşkilatın bütün texniki və qeyri-texniki üzvləri ilə qarşılıqlı ünsiyyət qurma bacarığı

Tələb olunan yetkinliklər

  • Analitik qabiliyyət
  • Yaradıcı düşüncə.
  • Problem həlletmə.
  • Çeviklik və tez uyğunlaşma bacarığı

Təcrübəçinin bələdçisi:

Fariz Gamidi

Qeyd: 

  • Təcrübəçi təcrübə proqramında Layihə İdarə olunması haqda biliklər və təcrübə qazanacaq
  • Təcrübəçi Azercell tərəfindən təqdim olunan xidmət və məhsulların yaradılmsında bir başa yaxından iştirak edəcək
  • İş qrafiki: Bazar ertəsi- Cümə, 09:00-18:00 (həftənin günləri və saatları daha sonra razılaşdırıla bilər)
  • İş yeri: Azercellin baş ofisi (Azercell Plaza)
  • Təcrübənin müddəti: 1-3 ay

Son Tarix: 23.12.2015

Qeydiyyat

Sizin müraciətinizin qəbulu və dəyərləndirilməsi


Xahiş edirik ərizənizi səhifənin sağ tərəfində qeyd olunan tarixdən gec olmayaraq göndərəsiniz.
Siz bu veb səhifədə artıq qeydiyyatdan keçmisinizsə və ya hər hansı vakansiyaya müraciət etmisinizsə, yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Səhifənin aşağısındakı və sağ tərəfindəki “Ərizəni göndər” linkini tıklayaraq, daha əvvəl yaratdığınız istifadəçi adı və parolu daxil edin.
Seçim prosesi ərizələrin qəbulu üçün son tarixdən öncə başlaya bilər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)