21 Dekabr 10:20

Azercell Tələbə Təcrübə Proqramı 2016/Texnologiyalar Departamenti (Transmissiya şəbəkəsi bölümü)

Transmissiya şəbəkəsi bölümü

Magistral Transmissiya qrupu SDH / MPLS / MPBN / DWDM  şəbəkələri üzərindən  transmissiya xidmətlərini həyata keçirir. Eləcə də şəbəkələrin inkişafı planlarını hazırlayır, digər sistemlərlə inteqrasiya edir və təkmilləşdirir.

Əsas Öhdəliklər

  • Magistral transmissiya avadanlıqların gündəlik istismarı
  • Bu avadanlıqlara xidmət edən koməkçi sistemlərin işinə nəzarət
  • Bu avadanlıqlar üzərindən yeni ximətlərin yaradılması və monitorinqi
  • Yaranan problemlərin araşdırılması və həll edilməsi
  • Digər sistemlərlə inteqrasiya
  • Ehtiyat hissələrin hesabatı və sifarişlərin yerləşdirilməsi
  • HW ve SW upgrade işlərinin həyata keçirilməsi
  • Həftəlik və aylıq hesabatların hazırlanması

 Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi

  • Ali təhsil ocaqlarının bakalavr pilləsinin 3-4-cu kurs və magistratura tələbələri (Kompüter mühəndisliyi, Tətbiqi Riyaziyyat, Telekommunikasiya və oxşar sahələrdə təhsili olanlara üstünlük verilir)
  • IP Texnologiyalar sahələrində biliklər (iş təcrübəsi olanlara üstünlük verilir)
  • Dil bilikləri: Azərbaycan dili – yaxşı, İnglis və rus dili – orta səviyyədə (intermediate/upper intermediate)
  • Yeni texnologiyalar barəsində məlumatlı olması

Tələb olunan yetkinliklər

  • Analitik qabiliyyət
  • Ünsiyyət qurma bacarığı
  • Problem həlletmə
  • Çeviklik və tez uyğunlaşma bacarığı

Təcrübəçinin bələdçisi:

İmrahim Məmmədov

Qeyd: 

  • Təcrübəçi təcrübə proqramında ümumilikdə transmissiya sistemləri haqda biliklər və təcrübə qazanacaq
  • Təcrübəçi Azercell transmissiya şəbəkəsi barədə məlumat əldə edəcək və xidmətlərin yaradılmasında yaxından iştirak edəcək
  • İş qrafiki: Bazar ertəsi- Cümə, 09:00-18:00 (həftənin günləri və saatları daha sonra razılaşdırıla bilər)
  • İş yeri: Azercellin baş ofisi (Azercell Plaza)
  • Təcrübənin müddəti: 1-3 ay

Son Tarix: 23.12.2015

Sizin müraciətinizin qəbulu və dəyərləndirilməsi


Xahiş edirik ərizənizi səhifənin sağ tərəfində qeyd olunan tarixdən gec olmayaraq göndərəsiniz.
Siz bu veb səhifədə artıq qeydiyyatdan keçmisinizsə və ya hər hansı vakansiyaya müraciət etmisinizsə, yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Səhifənin aşağısındakı və sağ tərəfindəki “Ərizəni göndər” linkini tıklayaraq, daha əvvəl yaratdığınız istifadəçi adı və parolu daxil edin.
Seçim prosesi ərizələrin qəbulu üçün son tarixdən öncə başlaya bilər.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)