21 Dekabr 10:25

Azercell Tələbə Təcrübə Proqramı 2016/Texnologiyalar Departamenti (Verilənlər Bazasının İdarə edilməsi Bölümü)

Verilənlər Bazasının İdarə edilməsi Bölümü

Oracle verilənlər bazasının idarə edilməsi və Exadata sistemində uyğun testlərin aparılması

Əsas Öhdəliklər:

  • Verilənlər bazasının yaradılması, konfiqurasiyası
  • Verilənlər bazasının səmərəliliyinin və keyfiyyətin artırılması
  • Verilənlər bazasında məlumatın arxivlənməsi və uyğun skriptlərin hazırlanması
  • Exadata sistemində məlumatın idarə edilməsi

 Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi

  • Ali təhsil ocaqlarının bakalavr pilləsinin 3-4-cu kurs və magistratura tələbələri (Kompüter mühəndisliyi, Tətbiqi Riyaziyyat və oxşar sahələrdə təhsili olanlara üstünlük verilir)
  • SQL proqramlaşdırma dili və Oracle verilənlər bazasının təməl bilikləri
  • Dil bilikləri: Azərbaycan dili – yaxşı, İnglis və rus dili – orta səviyyədə (intermediate/upper intermediate)
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları, o cümlədən təşkilatın bütün texniki və qeyri-texniki üzvləri ilə qarşılıqlı ünsiyyət qurma bacarığı

Tələb olunan yetkinliklər

  • Analitik qabiliyyət
  • Yaradıcı düşüncə.
  • Problem həlletmə.
  • Çeviklik və tez uyğunlaşma bacarığı

Təcrübəçinin bələdçisi:

Kamran Ağayev

Qeyd:

  • Təcrübəçi Oracle verilənlər bazasının idarə edilməsi texnologiyaları ilə tanış olacaq
  • Təcrübəçi Exadata sistemi ilə tanış olub ilkin testlərin aparılmasında iştirak edəcək
  • İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00 (həftənin günləri və saatları daha sonra razılaşdırıla bilər)
  • İş yeri: Azercellin baş ofisi (Azercell Plaza)
  • Təcrübənin müddəti: 1-3 ay

Son Tarix: 23.12.2015

Qeydiyyat

Sizin müraciətinizin qəbulu və dəyərləndirilməsi


Xahiş edirik ərizənizi səhifənin sağ tərəfində qeyd olunan tarixdən gec olmayaraq göndərəsiniz.
Siz bu veb səhifədə artıq qeydiyyatdan keçmisinizsə və ya hər hansı vakansiyaya müraciət etmisinizsə, yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Səhifənin aşağısındakı və sağ tərəfindəki “Ərizəni göndər” linkini tıklayaraq, daha əvvəl yaratdığınız istifadəçi adı və parolu daxil edin.
Seçim prosesi ərizələrin qəbulu üçün son tarixdən öncə başlaya bilər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)