21 Dekabr 10:32

Azercell Tələbə Təcrübə Proqramı 2016/Texnologiyalar Departamenti (Yeni Xidmətlər & Layihə İdarəetməsi Bölümü)

Yeni Xidmətlər & Layihə İdarəetməsi Bölümü

Azercell tərəfindən hazırlanan və müştərilərə təqdim olunan xidmət və məhsulların yaradılmasında yaxından iştirak edərək, bu Layihələrin planlaşdırılması, icrası və keyfiyyətinə nəzarət edən bir bölümdür.

Əsas Öhdəliklər

  • Daxili Layihələrin planlaşdırılması, icrası, keyfiyyətinə nəzarət və cavabdehlik.
  • Digər departamentlər arasında vasitəçi rolunu icra edərək daxili müştəri gözləntilərinin yerinə yetirilməsini, həmçinin layihələrin təyin edilmiş keyfiyyət tələbləri daxilində və vaxtında icarsını təmin etmək.
  • Layihələr və konsultasiya hesabatlarının və digər sənədlərin hazırlanması
  • Yeni servislər və texnologiyalar istəklərinin təhlili və araşdırılması

 Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi

  • Ali təhsil ocaqlarının bakalavr pilləsinin 3-4-cu kurs və magistratura tələbələri (Kompüter mühəndisliyi, Tətbiqi Riyaziyyat, Telekommunikasiya, MBA və oxşar sahələrdə təhsili olanlara üstünlük verilir)
  • IT, Telekommunikasiya, proqramlaşdırma və ya Layihə İdarə olunması sahələrində biliklər
  • Dil bilikləri: Azərbaycan dili – yaxşı, İnglis və rus dili – orta səviyyədə (intermediate/upper intermediate)
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları, o cümlədən təşkilatın bütün texniki və qeyri-texniki üzvləri ilə qarşılıqlı ünsiyyət qurma bacarığı

Tələb olunan yetkinliklər

  • Analitik qabiliyyət
  • Yaradıcı düşüncə.
  • Problem həlletmə.
  • Çeviklik və tez uyğunlaşma bacarığı

Təcrübəçinin bələdçisi:

Fərid Zərbəliyev

Qeyd: 

  • Təcrübəçi təcrübə proqramında Layihə İdarə olunması haqda biliklər və təcrübə qazanacaq
  • Təcrübəçi Azercell tərəfindən təqdim olunan xidmət və məhsulların yaradılmsında bir başa yaxından iştirak edəcək
  • İş qrafiki: Bazar ertəsi- Cümə, 09:00-18:00 (həftənin günləri və saatları daha sonra razılaşdırıla bilər)
  • İş yeri: Azercellin baş ofisi (Azercell Plaza)
  • Təcrübənin müddəti: 1-3 ay

Son Tarix: 23.12.2015

Qeydiyyat

Sizin müraciətinizin qəbulu və dəyərləndirilməsi


Xahiş edirik ərizənizi səhifənin sağ tərəfində qeyd olunan tarixdən gec olmayaraq göndərəsiniz.
Siz bu veb səhifədə artıq qeydiyyatdan keçmisinizsə və ya hər hansı vakansiyaya müraciət etmisinizsə, yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Səhifənin aşağısındakı və sağ tərəfindəki “Ərizəni göndər” linkini tıklayaraq, daha əvvəl yaratdığınız istifadəçi adı və parolu daxil edin.
Seçim prosesi ərizələrin qəbulu üçün son tarixdən öncə başlaya bilər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)