Azercell Təcrübə Proqramı / Müqavilələrin İdarə Edilməsi Şöbəsi
İş qrafiki:
Bazar ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
İş yeri:Tbilisi prospekti 149, AZ1122 Bakı, Azərbaycan (“Azercell Telekom” MMC, Baş ofis).
Təcrübə müddəti:3 ay (6 aya qədər uzadıla bilər)
________________________________________________________________
Əsas öhdəliklər:
Müqavilələrin idarə olunması prosesində dəstək göstərmək (arxiv, layihənin tərtibi və s.).
Qanunvericiliyə uyğun olaraq istənilən növ müqavilələrin hazırlanmasına dəstək göstərmək.
Mentorun verdiyi şifahi və yazılı göstərişlərin yerinə yetirilməsi.
Təcrübə zamanı məsul iş sahələri ilə bağlı müvafiq hesabatların hazırlanması.
Requirements
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
Təhsil:Hüquq fakültəsinin son 2 (iki) kurs tələbələri;
Dil bilikləri:Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
Müqavilə/Kommersiya Hüququ üzrə bilik və maraqın olması;
MS Office kompüter proqramından istifadə etmək bacarığı.
Üstünlük verilənYetkinliklər:
Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
Nəzarət etmək qabiliyyəti;
İşləri yüksək səviyyədə icra etmək bacarığı;
Yekun nəticəyə yönəlmə bacarığı.
Hiring process
İşə qəbul prosesi:
CV-lərin təhlil edilməsi
İxtisas üzrə müvafiq yazılı tapşırıqlar/testlər
Yetkinliklərəəsaslanan (HR) / Texniki Bacarıqlar Müsahibəsi
Qeyd:
Bu təcrübə vakansiyasına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
Bütün müraciətlər səhifənin yuxarısında yerləşən“MÜRACİƏT ET”düyməsini basmaqla göndərilməlidir.
Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb