19 Yanvar 20:57

Azercell Tələbə Təcrübə Proqramı,Qış 2018

Xidmətin İnteqrasiyası, Təhvili və İdarəedilməsinin əsas işi Azercell-in abunə və təşkilatlara verdiyi xidmətlərin kəsintisiz işləməsi, onlarla bağlı istək və şikayətlərə cavab verilməsi və yeni xidmətlərin işə buraxılması prosesində iştirak etməkdən ibarətdir.

 

İş qrafiki: Bazar ertəsi – Cümə günü, saat 09:00-18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir

İş yeri : Azercell Plaza, Baş Ofis, Tbilisi prospekti, 149

 

Tələb olunan Bilik və Bacarıqlar:

Balakavr pilləsinin sonuncu kursunda təhsil alan və ya Magistratura tələbələri, əsasən Kompyuter Mühəndisliyi və Tətbiqi Riyaziyyat ixtisasları üzrə

Azərbaycan dili – əla səviyyədə, Ingilis dili – yaxşı

SQL bilikləri, UNIX, Shell programming, PL/SQL bilikləri (üstünlük verilir)

Proqramlaşdırma bacarığı və alqoritmik düşüncə

Tələb olunan Yetkinliklər:

Ünsiyyət qurma, qrup şəklində işləmə, problem həlletmə, çeviklik və tez uyğunlaşma bacarıqları

Yenilikçilik, tənqidi mühakimə bacarığı, məntiqi və riyazi düşüncə və məqsədyönümlük

 

Əsas Öhdəliklər:

Xidmətlərin işləmə effektivliyini artırmaq üçün davamlı təhlilin aparılması

Problemlərin kökünün araşdırılması

Xidmətin abunələrə verilməzdən əvvəl test mühiti yaradaraq xidmət sahiblərinə təqdim edilməsi

Xidmətlərin təqdim edilməzdən əvvəl işin planlanması və icrası

Sistem resursların idarə edilməsi

 

Seçim Prosesi:

CV-lərin nəzərdən keçirilməsi

Tapşırıqlar

Müsahibə

 

Təcrübəçinin bələdçiləri:  SİDM qrupunun mühəndisi və koordinatoru

 

Qeyd:

Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu vakansiya üzrə dəyərləndirmədə iştirak edə bilərlər.

Əlavə məlumat üçün Azercell-in İşə Qəbul şöbəsi ilə [email protected] e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Nəzərə alın ki, [email protected] ünvanına birbaşa göndərilən CV və müraciət formaları heç bir vakansiya üzrə dəyərləndirilməyəcək! Bu vakansiya üzrə müraciət etmək üçün aşağıdakı “Ərizəni göndər” linkindən istifadə edin.

Ərizələrin qəbulu üçün son tarix

01.30.2018

Ərizəni göndər

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)