22 Sentyabr 13:46

Azercell Tələbə Təqaüdü Proqramı 2018 – 2019 – SABAH Qrupları

“Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir! Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində , müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

Təhsil Nazirliyi ilə Azercell Telekom MMC arasında imzalanmış anlaşma memorandumuna əsasən Azercell SABAH qrupları tələbələri üçün hər il xüsusi yerlər ayıracaq.

Requirements

Proqramda aşağıdakı meyarlara uyğun gələn tələbələr iştirak edə bilərlər:

  • SABAH qruplarında təhsil alanlar;
  • Son iki kurs tələbələri (bakalavr);
  • Qiymətləri yaxşı və əla olanlar.

Hiring process

Təqaüd proqramı üzrə müraciət etmək üçün:

  • Müvafiq bölümü seçin: Bakı, SABAH və ya Bölgə Təqaüdü Proqramı;
  • Əlavə olunmuş elektron müraciət ərizəsini doldurun (ərizəni yükləyin);
  • Elekton müraciət ərizəsini, tələbə biletinin və qiymət kitabçasının ( transkript ) skanversiyasını [email protected] mail ünvanına göndərin.

Qeyd:

  • Təqaüd Proqramına müraciət müddəti 18 Sentyabr – 18 Oktyabr 2018.
  • SABAH qruplarında təhsil alan tələbələrin yalniz @sabah.edu.az ünvanından gələn müraciətlərinə baxılacaq.
  • Bütün müraciətlər yalnız elektron ərizə formasında qəbul olunur.
  • Müraciət ərizəsinə tələb olunan bütün sənədlərin skan versiyası əlavə edilməsə, müraciətlər nəzərə alınmayacaq.

Əlavə məlumat üçün [email protected] e-mail ünvanına və 496 70 07 telefonla müraciət edə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)