Çərşənbə axşamı, 29 İyul, 2025

"Azercell Telekom“ MMC -də Təcrübə imkanı


  • Dərc edildi: 29 İyul, 2025 - 00:33
"Azercell Telekom“ MMC -də Təcrübə imkanı

Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir. Azercell Ailəsində təcrübə keçməyə dəvət edirik: Məlumatlarımızın qorunmasından cavabdeh olan təhlükəsizlik komandamızın üzvləri ilə birgə individuallığınızı, bacarıq və qabliyyətlərinizi nümayiş etdirmək, əvəzsiz təcrübə qazanmaq fürsətini qaçırmayın! 

 

Təcrübə müddəti: 18 həftə (müddət uzadıla bilər)

 

İş qrafiki: Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, tələbələr üçün çevik cədvəl: 8 və ya 4 saatlıq iş rejimi. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.

 

İş yeri: “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza Tbilisi prospekti, 149 Bakı, Azərbaycan

 

Biz nə təklif edirik:

 

İşdə Təlim (on-the-job training) və öyrənmə imkanları

Korporativ mühitdə praktiki təcrübə qazanmaq şansı

Hibrid iş rejimi / çevik cədvəl

Kompensasiya mövcuddur

Məlumatların qorunması istiqamətində çox yerdə görə bilməyəcəyiniz yeni yanaşmalar və müasir vasitələrdən istifadə edərək həm texniki həm də fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı

Təcrübə müddətində mentor tərəfindən professional dəstək və lazımi avadanlıqlarla təmin olunma

Nahar şirkət tərəfindən təmin edilir

İş ilə təmin olunma şansı

Gözləntilərimiz nələrdir:

 

Proqram təminatı, şəbəkə və təhlükəsizlik sistemləri haqqında fundamental biliklər.

Təhdid Kəşfiyyatı (Threat İntelligence), Kibertəhlükəsizlik, İnformasiya Təhlükəsizliyi, İnsidentlərə Cavab və ya Rəqəmsal forenzika (Digital forensic) ilə bağlı bilik və bacarıqlar.

Bir çox informasiya mənbələrindən gələn xam məlumatlar, informasiya və yekun hesabatlarla işləmək bacarığı

Təhdid kəşfiyyatının toplanması üçün OSINT texnikaları və alətlərində işləmə bacarıqları.

Məlumat sızıntısı, ransomware hücumları, DOS/DDOS, sosial mühəndislik, veb hücumlar daxil olmaqla kiberhücumlar haqqında bilik və bacarıq.

Daxili məlumat sızıntılarının qarşısının alınmasında istifadə edilən texnologiya və yanaşmalar barədə biliklər.

Forensic vasitələri ilə praktiki biliklər, o cümlədən  FTK,EnCase, Forensic toolkit(FTK),Registry Viewer, Autopsy

Forensic görüntüləmə, uzaqdan toplama və forensic analizini yerinə yetirməklə praktiki biliklər.

Müxtəlif daxili yaddaş qurğularının (SSD, HDD və s.) forensic iş stansiyaları ilə əlaqələndirmək üçün onların çeviricilərindən və adapterlərindən istifadəsi sahəsində biliklər.

 Statik, dinamik və əks mühəndislik daxil olmaqla zərərli proqramların təhlili ilə bağlı praktiki biliklər arzu olunandır.

Kibertəhlükəsizlik təhdidlərinin, hücumların, hücum vektorlarının və istismar üsullarının həyat dövrü haqqında biliklər.

Müdaxilə dəsti taktikaları, texnikaları və proseduraları (TTP) haqqında biliklər.

Azərbaycan dilində mükəmməl, İngilis dilində normal şifahi və yazılı ünsiyyət bacarıqları.

 

Requirements

Təcrübə proqramına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi, Kiber Təhlükəsizlik, Rəqəmsal Forenzika və ya əlaqəli sahədə universitetin 3-cü və ya 4-cü kurs tələbələri.

Eyni sahələr üzrə magistratura pilləsi təhsilini alanlar və məzunlar.

Öyrənməyə və özünü fasiləsiz inkişaf etdirməyə həvəsi olan gənclər

Azərbaycan dili - əla, ingilis dili - yüksək səviyyədə

 

Hiring process

CV-lərin nəzərdən keçirilməsi

Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

 

Deadline for applicants

6th August 2025 11:59 AM

Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 230
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 832
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 680
Azərbaycan Texnologi...