7 May 19:43

Azercell yeni “Azercell-Lab”- maaşlı təcrübə proqramını elan edir

RƏQƏMSAL GƏLƏCƏYİ AZERCELL-LƏ KƏŞF ET!

Rəqəmsal texnologiyaya marağın var?

Telekom sahəsində son tendensiyalar barədə daha geniş anlayışa sahibolmaq istəyirsən?

O zaman biz məhz səni axtarırıq!

Azercell-Lab – ödənişli və 6 ay müddətində davam edən təcrübə proqramıdır.

Azercell-lab, bakalavr və magistr tələbələrinə, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini tamamlamış şəxslərə karyeralarını peşəkar mühitdə qurmaq, telekom sahəsində təməl biliklərə sahib olmaq, eləcə də şirkətimizdə həyata keçirilən layihələrdə iştirak etmək kimi unikal imkanları təqdim edir.

Hal-hazırda Azercell-Lab iki yöndə təcrübə proqramları təklif edir: IT-Lab və Biznes-Lab.

Əgər Sən liderlik keyfiyyətlərinə sahibsən, innovativ, çevik və yaradıcısansa –peşəkarlar şəbəkəsinə qoşulmaq fürsətini əldən vermə!!

TƏLƏBLƏR:

  • Sonuncu kursda təhsil alan bakalavr tələbələri;
  • Magistr tələbələri;
  • 2016, 2017 və ya 2018-ci illərdə bakalavr və ya magistr dərəcələrini almış şəxslər;Qeyd : Azərbaycan və xarici universitetlərin tələbələri iştirak edə bilər.

MƏNFƏƏTLƏR:

  • Aylıq ödəniş
  • Rahat iş qrafiki
  • Azercell nömrəsi
  • Limitsiz ADSL İnternet (AzerOnline)
  • Nahar

İNKİŞAF İMKANLARI

  • Professional inkişaf
  • Azercell Akademiyasının təlimləri
  • Layihələrdə iştirak
  • Azercell Kitabxanasından istifadə etmək imkanı
  • Sertifikat

SEÇİM PROSESİ

Seçimin ilk mərhələsində müraciətiniz Azercell əməkdaşları tərəfindən qiymətləndiriləcək

Birinci mərhələdən keçən namizədlər növbəti mərhələyə dəvət olunacaq və müxtəlif testlər, və müsahibələr vasitəsilə qiymətləndiriləcəkdir.

Qiymətləndirmə prosesində tələbələrin və məzunların akademik fəaliyyəti, peşə bilikləri və digər maraqları da nəzərə alınacaqdır. Seçim prosesinin son mərhələsi qiymətləndirmə və üz-üzə müsahibələr daxildir.

ÖZ İNKİŞAF YOLUNU SEÇ:

Bəyən və paylaş

Rəylər

rəy(lər)