18 İyul 00:09

Azərfon vakansiya elan edir!

SOHO Satış üzrə mütəxəssis

SOHO Satış üzrə mütəxəsis.

Vakansiya haqqında:

İdarə: Satış
Şöbə: B2B Satış
İş qrafiki: Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 31.07.2019

Sizin əsas vəzifə öhdəlikləriniz:
*Korporativ müştərilər ilə danışıqlar aparmaq və Nar məhsul və xidmətlərini təklif etmək;
*Təyin olunmuş satış planlarına əsasən aylıq və rüblük satış hədəfləri yerinə yetirmək;
*Mövcud korporativ müştərilərə əlavə məhsul və xidmətləri təklif etmək;
*Korporativ müştərilər ilə müqavilə bağlamaq;
*Mövcud korporativ müştəri bazasını idarə etmək və müvafiq dəstək göstərmək;
*Həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
*Ali təhsil;
*Korporativ Satış sahəsində ən azı 1 il iş təcrübəsi.

Sizdən tələb olunan bacarıq və səriştəliklər:
*Ünsiyyət qurma bacarığı;
*Danışıqlar apara bilmək qabiliyyəti;
*Komanda işi və Əməkdaşlıq;
*Müştəri yönümlü;
*MS Office Proqramlarını bilmək;
*Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (səlis) dillərini bilmək;
*‘’B’’ kateqoriya sürücülük vəsiqəsi.

Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “SOHO Satış üzrə nümayəndə’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)