Azərkosmos Satış meneceri vakansiyasını elan edir

Azərkosmos Satış meneceri vakansiyasını elan edir!

Əsas funksiyalar:
• Cavabdeh olduğu coğrafi ərazidə peyk xidmətləri bazarına dair Satış Planının (strategiya, satış və biznes prosesi hədəflərinin, xüsusi layihələrin) tərtibatı üçün zəruri məlumatların toplanması
• Müştərilərlə əlaqələr quraraq şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, xidmətlər haqqında məlumatların verilməsi
• Bazar araşdırması aparmaq, müştəri tələbatlarının öyrənilməsi
• Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışların təşkil edilməsi
• Qarşıya qoyulan hədəflərə yönəlib fəaliyyət göstərmək
• Görülən işlərə dair gündəlik və aylıq hesabatların hazırlanması

Tələblər:
• Ali təhsil: Texniki (Məsafədən müşahidə və ya Coğrafi İnformasiya Sistemləri) və ya kommersiya sahəsi üzrə
• Satış sahəsi üzrə azı 1-2 il iş təcrübəsi
• Müştəri yönümlü xidmət
• Xidməti ezamiyyətlərə getməyə hər zaman hazırlıqlı olmaq

Bilik və bacarıqlar:
• Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
• Təqdimat etmə bacarıqları
• Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
• Özünə inam və əminlik
• Nizamlı planlaşdırma bacarıqları
• Müstəqil işləmə və təşəbbüskarlıq bacarığı
• CRM və ERP sistemləri üzrə işləmə bacarığı (üstünlükdür)
• CİS sahəsində biliklər (üstünlükdür)

İş qrafikı:
• İş qrafiki : Tam iş günü (həftəarası 5 gün)
• İş saatları: 09:00-18:00
Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook, PowerPoint)

Dil bilikləri:
• Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
• İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
• Rus dili (orta səviyyədə)

Bu meyarlara uyğun namizədlər CV-lərini 11.06.2022-ci il tarixinədək[email protected]ünvanına “Satış meneceri” başlığı ilə göndərə bilərlər.
_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az