Azərkosmos Satış meneceri vakansiyasını elan edir

Azərkosmos Satış meneceri vakansiyasını elan edir! Əsas funksiyalar: • Cavabdeh olduğu coğrafi ərazidə peyk xidmətləri bazarına dair Satış Planının (strategiya, satış və biznes prosesi hədəflərinin, xüsusi layihələrin) tərtibatı üçün zəruri məlumatların toplanması • Müştərilərlə əlaqələr quraraq şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, xidmətlər haqqında məlumatların verilməsi • Bazar araşdırması aparmaq, müştəri tələbatlarının öyrənilməsi • Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışların təşkil edilməsi • Qarşıya qoyulan hədəflərə yönəlib fəaliyyət göstərmək • Görülən işlərə dair gündəlik və aylıq hesabatların hazırlanması Tələblər: • Ali təhsil: Texniki (Məsafədən müşahidə və ya Coğrafi İnformasiya Sistemləri) və ya kommersiya sahəsi üzrə • Satış sahəsi üzrə azı 1-2 il iş təcrübəsi • Müştəri yönümlü xidmət • Xidməti ezamiyyətlərə getməyə hər zaman hazırlıqlı olmaq Bilik və bacarıqlar: • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları • Təqdimat etmə bacarıqları • Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı • Özünə inam və əminlik • Nizamlı planlaşdırma bacarıqları • Müstəqil işləmə və təşəbbüskarlıq bacarığı • CRM və ERP sistemləri üzrə işləmə bacarığı (üstünlükdür) • CİS sahəsində biliklər (üstünlükdür) İş qrafikı: • İş qrafiki : Tam iş günü (həftəarası 5 gün) • İş saatları: 09:00-18:00 Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook, PowerPoint) Dil bilikləri: • Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində) • İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində) • Rus dili (orta səviyyədə) Bu meyarlara uyğun namizədlər CV-lərini 11.06.2022-ci il tarixinədək[email protected]ünvanına “Satış meneceri” başlığı ilə göndərə bilərlər.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az